Üç gün əvvəl itən uşağın ailəsi “Ceyranbatan”ın qarşısına toplaşdı - VİDEO

Üç gün əvvəl itən uşağın ailəsi “Ceyranbatan”ın qarşısına toplaşdı - VİDEO
SOSİAL
12:07 05.09.2020
1594
Sentyabrın 2-də itkin düşən uşağın hələ də tapılmamasına görə ailə üzvləri Ceyranbatan su anbarının qarşısına toplaşıb. Onlar xilasedicilərdən uşağı tapmağı tələb ediblər.

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Gülçin Mehdiyeva açıqlamasında bildirib ki, 2 sentyabr 2020-ci il tarixində FHN-in 112 qaynar telefon xəttinə Davudov Yusif Bəhlul oğlunun "Stansiya Sumqayıt” adlanan ərazidə itkin düşməsi barədə məlumat daxil olub:

"Dərhal məlumat aidiyyatı üzrə ötürülərək  Fövqəladə Hallar Nazirliyinin xüsusi riskli xilasetmə xidməti və kinoloji xidməti axtarışlara başlayıb. Axtarışlar aparılıb, daha sonra itkin düşən uşağın 9-10 yaşlı dostu deyib ki, Davud orada itməyib, başqa bir yerdə gölməçəyə düşüb. Həmin gölməçə ərazidə təxminən 2 metr dərinliyindədir. Gecə saatlarında həmin gölməçədə axtarışlara başlanılıb. Axtarışlar uzun müddət davam edəndən sonra məlum olub ki, itkin düşən uşaq həmin gölməçədə də yoxdur. Axtarışlar nəticə verməyib.

Daha sonra itkin düşən uşağın həmin dostu bildirib ki, Davud həmin gölməçədə deyil, Samur-Abşeron kanalında əlini yuyarkən yıxılıb suya düşərək boğulub, o da qorxub qaçıb. Bu məlumat əsasında Samur-Abşeron kanalında xüsusi riskli xilasetmə xidməti axtarışlara başlamalı olub. Kanalda çox güclü su axını olduğundan xilasedicilər əraziyə daxil ola bilməyiblər. Su axınının müvəqqəti dayandırılması üçün aidiyyatı qurumlara müraciət olunub. Lakin fəsilə görə həmin su axınını dayandırmaq mümkün olmayıb. Ona görə də hazırda orada axtarış aparmaq həddindən artıq çətindir, suyun axarında xilasedicilərin hərəkət etməsi mümkün deyil. Kanalın həmin hissəsi Ceyranbatan su anbarından 3 kilometr aralı məsafədədir. Uşağın harada itkin düşməsi dəqiq deyil, bütün axtarışlar onun azyaşlı dostunun ehtimalları əsasında aparılır”.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
17:11 17.07.2025
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" -  Vüsalə Mahirqızı ilə müsahibə
16:59 17.07.2025
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" - Vüsalə Mahirqızı ilə müsahibə
"Suna"nın yeni layihəsi bəlli oldu
16:51 17.07.2025
"Suna"nın yeni layihəsi bəlli oldu
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
16:45 17.07.2025
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
16:42 17.07.2025
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
16:31 17.07.2025
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
Telman Hacıyev vəfat etdi
16:25 17.07.2025
Telman Hacıyev vəfat etdi
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
16:23 17.07.2025
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
16:18 17.07.2025
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
16:13 17.07.2025
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
15:57 17.07.2025
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
Tarixdə bu gün - 17 iyul nə günüdür?
15:55 17.07.2025
Tarixdə bu gün - 17 iyul nə günüdür?
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
15:50 17.07.2025
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
15:43 17.07.2025
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
Emma sürücülük hüququndan məhrum edildi
15:39 17.07.2025
Emma sürücülük hüququndan məhrum edildi
Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə edildi - FOTOLAR
15:33 17.07.2025
Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə edildi - FOTOLAR