Üç yaşlı Aişənin sizin yardımınıza ehtiyacı var – FOTO

Üç yaşlı Aişənin sizin yardımınıza ehtiyacı var – FOTO
Bütün Xəbərlər
14:46 06.02.2014
918

Bu gün çox az adam tapılar ki, səhhəti ilə bağlı hansısa bir problemi olmasın. 

Bəlkə də bir çoxları üçün bu, normal qarşılanacaq. Çünki vaxt keçdikcə, yaşa dolduqca müxtəlif səbəblərdən bir çox xəstəliklərə düçar oluruq. Lakin sizə haqqında bəhs edəcəyim şəxs heç də yaşlı qadın və yaxud da kişi deyil, dünyanı hələ yeni-yeni dərk etməyə başlayan, bütün həyatı qabaqda olan balaca bir qızcığazdır. 

Hacızadə Aişə Ramil qızı 2011-ci il noyabrın 2-də anadan olub. Onun anadan olması ailəsinə böyük sevinc və xoşbəxtlik gətirib. Lakin valideynlərinin bu sevinci çox çəkməyib. Təxminən 6 ay öncə Aişənin qarnı naməlum səbəbdən şişməyə başlayıb. Həmin gündən ailənin yuxuları ərşə çəkilib. Bakıdakı bir çox tanınmış xəstəxanalara, özəl klinikalara aparsalar da balaca Aişənin xəstəliyinin səbəbini tapa bilməyiblər. Ailə min bir ümidlə getdiyi İrandan da əliboş qayıdıb. Orada da uşağın xəstəliyinə bir əlac tapan olmayıb. Əlacsız qalan ailə bu il yanvarın 15-də Aişənin qanından və qaraciyərindən nümunəni analiz üçün Türkiyəyə göndərib.

Lakin oradan gələn cavab ailəni pərişan edib. Belə ki, analizin təhlillərinə görə, həkimlər Aişəyə qaraciyərin serrozu diaqnozu qoyublar və tez bir zamanda Aişənin qaraciyərinin dəyişdirilməli olduğunu bildiriblər. Bunun üçünsə 45 min manat tələb olunur. Lakin hazırda 1 saylı Şəhər Klinik Xəstəxanasında (keçmiş Semaşka) müalicə olunan Aişənin valideynlərinin bu məbləği ödəmək üçün imkanları yoxdur. Anası işləmir. Ailənin bütün yükünü üzərinə götürən atası isə işlədiyi zavodda astma-bronxit xəstəliyinə tutulur və işdən çıxmalı olur. İndiyə qədər müvafiq iş tapa bilmir. Hal-hazırda işsizdir. Dövlətin verdiyi sosial müavinət və valideyinlərinin pensiyaları hesabına dolanışıqlarını qismən təmin edirlər. Ailənin bütün ehtiyaclarını yaxın qohumları qarşılamağa başlayırlar. 

Lakin Aişənin müalicəsi üçün tələb olunan vəsaitə imkanları olmadığından çarəni xeyirxah insanlardan yardım istəməkdə görüblər. Çünki bilirlər ki, hər bir ana, hər bir ata üçün ən böyük dərd övlad acısı, övlad dərdi çəkməkdir. Odur ki, inanırlar ki, xeyirxah insanlar tapılacaq və Aişənin sağalması üçün onlara kömək edəcəklər. Sizi balaca Aişənin taleyinə biganə qalmamağa və ona imkanınız daxilində yardım etməyə çağırırıq. Allah bütün xeyirxah insanlardan razı olsun. Amin !

Aişəyə yardım etmək üçün bank hesabı: Kapital Bank ASC 1 saylı Sumqayıt filialı VÖEN: 9900003611 KOD: 200253 Müxbir hesab: AZ37NABZ01350100000000001944 S.W.I.F.T. : AIIBAZ2X Hesab: AZ67AIIB38010019442503637125

Atası: Hacıyev Ramil Rauf oğlu, tel: (070) 727 97 44

OXŞAR XƏBƏRLƏR