"Üç Yol" bədii filminin təqdimatı oldu - FOTOLAR

"Üç Yol" bədii filminin təqdimatı oldu - FOTOLAR
SOSİAL
11:34 13.10.2025
252
Nizami Kino Mərkəzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Gənclərin Mədəniyyətlərarası Əməkdaşlıq Liqası və "Elcinema” şirkətinin istehsal etdiyi "Üç Yol" bədii filminin təqdimatı olub.

AZXEBER.COM xəbər verir ki, filmin ssenari müəllifi və quruluşçu rejissoru El-1 idman liqasının sədri Elçin Çobanzadədir.  

Filmin sujet xətti gəncləri, valideyinləri məsuliyyətli, narkotikdən və digər pis vərdişlərdən uzaq olmağa çağırır.

Filmdə müəllifdən başqa aktyorlar Reşat Kəsəmənli, Fərda Amin, Könül Şahbazova, Niyaz İlyas oğlu, Mahir Mirişli və SEMKA ləqəbli tanınmış bloger Samir Ramazanov rol alıblar. Filmin təqdimatında bir çox dövlət nümayəndələri, Polis akademiyası, FHN Akademiyasının kursantları , Gömrük Akademiyasının tələbələri, Miqrasiya könüllüləri iştirak ediblər.
 

 

 

 

 

 

 

 

 

 

 

 


 

OXŞAR XƏBƏRLƏR