Cabbar Savalanın işinə Ali Məhkəmə baxacaq

Cabbar Savalanın işinə Ali Məhkəmə baxacaq
Bütün Xəbərlər
11:01 10.10.2011
1873
Noyabrın 29-da saat 12-də Ali Məhkəmədə hakim İmran Hacıqayıbovun sədrliyi ilə Cabbar Savalanlının vəkili Anar Qasımlının Sumqayıt Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayətinə baxılacaq. Qeyd edək ki, Sumqayıt Dövlət Universiteti tarix fakültəsinin II kurs tələbəsi, AXCP Gənclər Komitəsinin üzvü olan C. Savalan bu il fevralın 5-də Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi açılıb. Fevralın 7-də isə barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib və 3 saylı İstintaq Təcridxanasına köçürülüb.
Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Cabbar Savalan 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsi isə hökmün dəyişdirilməməsi barədə qərar çıxarıb. Beynəlxalq təşkilatlar isə gənc fəalın narkotik istifadəçisi olduğuna inanmır, onu vicdan məhbusu hesab edirlər.
OXŞAR XƏBƏRLƏR