“Cahan Holdinq”ə məxsus “ENNA” MMC nümunəvi müəssisə statusunu qazandı - FOTOLAR

“Cahan Holdinq”ə məxsus “ENNA” MMC nümunəvi müəssisə statusunu qazandı - FOTOLAR
İQTİSADİYYAT
11:24 04.11.2025
707
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzinin tədbirlər planına əsasən, regionlarda əməyin mühafizəsi sahəsində nümunəvi müəssisələrin yaradılması istiqamətində mühüm addımlar atılır.
 
AZXEBER.COM xəbər verir ki, bu çərçivədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Əməyin Mühafizəsi Mərkəzi tərəfindən bir sıra müəssisələrdə əməyin mühafizəsi vəziyyəti qiymətləndirilib, təhlillər aparılıb. Nəticədə Naxçıvan Muxtar Respublikası üzrə bu istiqamətdə "Cahan Holdinq”ə məxsus "ENNA” MMC ilə Əməyin Mühafizəsi Mərkəzi arasında əməkdaşlıq münasibətləri qurulub.

Görülən işlərin nəticəsi olaraq "Cahan Holdinq”ə məxsus "ENNA” MMC-də əməyin mühafizəsi normaları və qaydalarının, qəbul edilmiş dövlət standartlarının tətbiqi, işçilərin əməyin mühafizəsi üzrə mütəmadi təlimatlandırılması, həmçinin istehsalat risklərinin idarə olunması sahəsində aparılan təkmilləşdirmələr yüksək qiymətləndirilib. Şirkət bu istiqamətdə həyata keçirdiyi tədbirlərlə Naxçıvan Muxtar Respublikasında bir ilkə imza ataraq "Əməyin mühafizəsi sahəsində nümunəvi müəssisə” statusunu qazanıb. Oktyabrın 31-də Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində "ENNA” MMC-ni ziyarət edib. "Cahan Şirkətlər Qrupu” MMC-nin təsisçisi Vüqar Abbasov və "ENNA” MMC-nin icraçı direktoru Ruslan Əlimərdanov nazir Anar Əliyevə müəssisə haqqında məlumat veriblər.

Qeyd edək ki, "Cahan Holdinq”ə məxsus "ENNA” MMC-nin əməyin mühafizəsi sahəsinə yatırdığı investisiyalar insan faktoruna və əmək təhlükəsizliyinə verilən dəyərin bariz nümunəsidir.

"Cahan Holdinq”ə məxsus "ENNA” MMC haqqında

2022-ci ildə fəaliyyətə başlayan "Cahan Holdinq”ə məxsus "ENNA” MMC qida sənayesində yüksək texnologiyaların tətbiqi ilə seçilir. Müəssisə Almaniyanın "KRONES” brendi avadanlıqları ilə təchiz olunmuş müasir istehsal xəttinə malikdir. İllik 250 milyon banka istehsal gücü olan zavodda istehsal prosesi tam avtomatlaşdırılıb və insan əli dəymədən həyata keçirilir.

Şirkət "İnsanlara dəyər veririk” prinsipi ilə fəaliyyət göstərərək istehsalın hər mərhələsində, xammalın qəbulundan məhsulun son istehlakçıya çatdırılmasına qədər beynəlxalq keyfiyyət və qida təhlükəsizliyi standartlarını tətbiq edir.

Məhsullar

"Cahan Holdinq”ə məxsus "ENNA” MMC-nin məhsul portfelinə "Buzz Cola”, "Buzz Ice Tea”, "Plus Ower” markaları daxildir.

* Buzz Cola – xarici brendlərlə rəqabət apara bilən, özünəməxsus dada malik yerli istehsal brendidir və "Azərbaycanın kolası” kimi fərqlənir.
* Buzz Ice Tea – manqo-ananas, şaftalı və limon dadlarında təqdim olunur, təbii tərkibi və təravətləndirici dadı ilə seçilir.
* Plus Ower – vitaminlərlə zənginləşdirilmiş, gün ərzində enerjili qalmaq istəyənlər üçün nəzərdə tutulmuş içkidir.
"Cahan Holdinq”ə məxsus "ENNA” MMC-nin "Əməyin mühafizəsi sahəsində nümunəvi müəssisə” statusunu qazanması müəssisənin həm istehsalat mədəniyyətinə, həm də insan amilinə verdiyi dəyərin göstəricisidir. Şirkət həm təhlükəsiz, həm də texnoloji cəhətdən qabaqcıl istehsal mühiti formalaşdırmaqla regionda sənaye inkişafına töhfə verməyə davam edir.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
16:45 08.11.2026
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
16:40 08.11.2026
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
16:34 08.11.2026
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
Türkiyə Ağdamda yeni məktəb inşa edir
16:30 08.11.2026
Türkiyə Ağdamda yeni məktəb inşa edir
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
16:22 08.11.2026
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi
16:18 08.11.2026
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi