« Azərbaycan Beynəlxalq Bankı (ABB) müştərilərin bank xidmətlərinə olan tələbatının təmin edilməsi üçün martın 22-də də fəaliyyət göstərəcək ». Bunu bu gün,martın 17-də Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyev bildirib. Belə ki, martın 22-də Bankın Sabunçu, Gəncə və Sumqayıt filialları tam iş günü qrafiki ilə fəaliyyət göstərəcək.C.Hacıyev bildirib ki, bundan əlavə bayram günlərində əhalinin nağd pula olan tələbatının təmin edilməsi üçün ABB-nin bütün filialları tərəfindən bankomatların fasiləsiz fəaliyyəti və onların nağd pulla təchiz edilməsi təmin olunacaq.Hazırda Bankın ölkə üzrə 37 filialı və 630 bankomatı var, 4 minə yaxın POS-terminalı fəaliyyət göstərir.Qeyd edək ki, ABB 1992-ci ilin yanvarından fəaliyyət göstərir, onun səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i isə fiziki və özəl hüquqi şəxslərə məxsusdur.