Cahangir Hacıyevə hökm oxundu - 16 il 6 ay həbs

Cahangir Hacıyevə hökm oxundu - 16 il 6 ay həbs
SOSİAL
13:45 05.09.2019
6794
Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmədə hökm oxunub.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə Cahangir Hacıyevə əvvəlki cəzası ilə toplanmaqla 16 il 6 ay, Dünyamin XəIilov əvvəlki cəzası ilə toplanmaqla14 il 6 ay, İsmayıl Hidəyətzadə isə əvvəlki cəzası ilə toplanmaqla 5 il 6 ay azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən şəxslərə isə şərti cəza verilib.
 
///Bakupost. az
OXŞAR XƏBƏRLƏR