Cahangir Məmmədli: "Rektorumuz Abel Məhərrəmov söz verib ki..." (MÜSAHİBƏ)

Cahangir Məmmədli: "Rektorumuz Abel Məhərrəmov söz verib ki..." (MÜSAHİBƏ)
Bütün Xəbərlər
17:51 07.12.2011
2588
“Jurnalist müxalif qüvvələrini bu dəqiqə ortadan götür, müxalifət çox zəifləyər. Bizdə mətbuat kiminsə cibindən xeyli dərəcədə asılıdır. Ölkədə uzağı 20 qəzet var ki, onlarla işləmək lazımdır. Heç kim də inciməsin. 4 min qəzeti bir gündə qəbul etmək mümkün deyil”Bakı Dövlət Universitetinin kafedra müdiri, İctimai televiziyanın Yayım Şurasının sədri Cahangir Məmmədlinin müsahibəsini təqdim edirik:- Cahangir müəllim, siz həm sovet, həm də müstəqillik dönəmində jurnalistikanın içində olmusunuz, keçid dövründəki problemləri yaşamısınız, sovet dövrünün jurnalistikası ilə müasir dövrün jurnalistikası arasında nə fərq görürsünüz? - Sovet dönəmində bizdə jurnalistikaya sovet jurnalistikası deyirdilər. Belə bir anlayış gülməlidir. Yəni dövrün jurnalistikası, hansısa ölkənin jurnalistikası – belə söz işlətməzlər. Kommunistlər bizə nəzəriyyə və təcrübədə məcbur edirdilər ki, sovet jurnalistikası adı ilə hərəkət edək. Ən böyük xoşbəxtlik o oldu ki, yeni dönəm jurnalistikasında jurnalistikadan danışırıq, sovet jurnalistikasından yox. Ən böyük ikinci fərq odur ki, əslində heç bilmirəm, birincidir yoxsa ikinci, amma böyük fərqlərdən biri də odur ki, sovet dövrünün jurnalistikası senzura basqıların altında idi. O qədər böyük, dəmir senzura var idi ki, məsələn, Stalin sözünü sətirdən-sətirə keçirməklə redaktoru işdən qovublar. Yaxud da Cənubi Koreyanın sərnişin təyyarəsi Sakit okeanında Sovet su hövzəsini pozub, sovet əsgərləri 3 dəfə xəbərdarlıq ediblər, təyyarə dayanmayıb, vurub, salıblar suya, içində də 300 nəfər sərnişin olub. Amma onu sovet mətbuatında qoymurdular yazalar ki, sovet əsgərlərinin 3 xəbərdarlıq atəşindən sonra təyyarəni vurub salıblar, məhv ediblər. Onu yazırdılar ki, sovet sərhəçiləri 3 dəfə xəbərdarlıqdan sonra təyyarənin uçuşunu göydə dayandırdılar. Yəni sovet əsgəri təyyarə vurmazdı, kapitalist ölkələrinin qəzalarından yumşaq idi, yolda avtomobil qəzaları guya olmurdu, guya biz ac-susuz deyildik, biz bu gün də, sabah da xoşbəxt idik. Bunların hamısı yalan idi. Deməli, yeni dönəm jurnalistikasının ən böyük üstün keyfiyyəti onda idi ki, biz senzuradan imtina etdik. Azərbaycan dövləti öz iradəsi ilə Azərbaycan Respublikası müstəqillik əldə edən kimi KİV haqqında qanun qəbul etdi və o qanunun birinci maddəsində o senzuranı ləğv etdi. Bu gün Azərbaycanda azad mətbuat var, KİV haqqında qanun Avropa Şurası tərəfindən bəyənilib və deyərdim ki, Avropa ölkələri sırasında çox ideal qanunlardan biridir. Ona görə bizim xoşbəxtliyimiz ondadır ki, biz azad söz deyə bilirik. Kimsə deyəndə ki, Azərbaycanda azad sözə imkan vermirlər, çox təəssüflənirəm, çünki biz hər birimiz deyək ki, iqtidarı tənqid etmək istəyiriksə, bunun üçün ayrıca mətbuat var, yaxud da müxalifəti tənqid etmək istəyiriksə, bunun üçün ayrıca mətbuat orqanı var. Bu mətbuat ayrılığını jurnalistlər özləri bölüblər. Azərbaycan Respublikasının qanunları mətbuatı bölməyib, hər bir jurnalist öz fikrini ifadə etməkdə müstəqildir, onun müstəqillik hüququ var. Amma əgər iqtidar mətbuatında jurnalistlər iqtidara qulluq etmək üçün yalnız müxalifəti söyüb, tənqid edirlərsə, yaxud müxalifət mətbuatında iqtidarı söymək, tənqid etmək üçün ayrılıb özləri üçün müxalifət mətbuatı təşkil ediblərsə, bu jurnalistlərin öz işidir. Azərbaycan Respublikasının qanunları jurnalistikanı, jurnalistləri, qəzetləri heç bir yerə bölməyib. Ancaq elmi şəkildə tipoloji sistem var. O tiplogiyaya görə mətbuat orqanları özünün informasiya siyasətinə görə hər kəs fəaliyyət göstərir. Bu mənada biz buna yeni dönəm jurnalistikası deyirik. Sözün həqiqi mənasında, yeni dönəm jurnalistikası Azərbaycanda azaddır, informasiya azadlığı var və jurnalistlərə qanun çərçivəsində hər cür azadlıqlar verilib. Bu mənada o dövrlə bu dövrün jurnalistikası arasında yerlə göy qədər fərq var. - Bizdə mətbuatın məhz iki istiqamətə – müxalifət və iqtidaryönlü mətbuata bölünməsi peşəkar jurnalistika baxımından nə dərəcədə düzgündür? - Dəqiq elmi danışsaq, 3 yerə bölünüb: iqtidaryönlü, müxalifətyönlü və müstəqil mətbuat.- Amma Azərbaycanda jurnalistlər müxalifət və iqtidaryönlü istiqamətə bölünür. - Əslində bütün jurnalistlər üçün yaradıcılıq kodeksləri var. Tərəfsiz, qərəzsiz, müstəqil, ədalətli, vicdanlı. Biz bütün dünyada qəbul olunmuş bu doktrinalarla işləməliyik. Amma neyləyək ki, jurnalistlər özləri öz xoşuna bölünürlər – iqtidaryönlü və müxalifyönlü jurnalistlər. Mən deyim ki, Azərbaycanda bu dəqiqə ən böyük müxalifət əslində jurnalistikadadır. Jurnalist müxalif qüvvələrini bu dəqiqə ortadan götür, müxalifət çox zəifləyər. Tanınmış jurnalist Arif Əliyevin çox yaxşı sözü var, vaxtilə deyib ki, iqtidaryönlü mətbuat hər şeyə gözünü yumub baxır, sanki hər şey gözəldir, müxalifətyönlü mətbuat işçiləri hər şeyə gözünü bərəldib baxır, sanki heç nə yerində deyil. Bu çox gözəl formuladır, mən həmişə təkrar edirəm. Hətta bu təkrara görə məni qınayanlar olar. Amma o qədər qısa və dəqiq qiymətdir ki, onu təkrarlamamaq olmur. Müstəqil mətbuat isə hadisələrə müstəqil yanaşır. Daha çox tərəfsiz, qərəzsiz, vicdanlı və ədalətli yanaşanlar onlardır. Ona görə də, Azərbaycan inkişaf etdikcə, demokratik dəyərlər tam formalaşdıqca, biz qanunlara həqiqi mənada əməl etdikcə, etik normaları nəzərə almağı bacardıqca, iqtidar və müxalifətyönlü mətbuat orqanları hamısı müstəqil mətbuata transfer edəcək. Belə bir proses olacaq, necə ki, Avropa ölkələrində bu baş verib. Avropa ölkələri çox forslanmasın, onlarda bundan artıq şeylər olur. Yer kürəsinin fırlanması haqqında informasiya verən alim Cordana Brunonu tonqalda yandıran Avropa deyildi? Yaxud da dini ayrı-seçkilik salmaq istəyən danimarkalı jurnalist avropalı deyil? İslam və xristian dünyasını bir-birinə vuruşdurmaq üçün Məhəmməd peyğəmbərin karikaturalarını çəkən avropalı deyil? Avropaya o qədər də bənd olmaq lazım deyil, onların da çox böyük günahı, nöqsanları var. Amma prinsipcə, orada çox şey formalaşıb. Ona görə də bizdə də formalaşandan sonra üstəgəl reklam bazarı, jurnalistlər heç kimdən asılı olmayandan sonra hamısı müstəqil jurnalistika prinsipləri ilə hərəkət edəcəklər. Qəzet buraxmaq üçün maddi imkan yoxdursa, əlbəttə, kiməsə müraciət etməlidir. Mənim də belə fikrim var ki, qəzet buraxmaq üçün insanın maddi imkanı yoxdursa, onda o gərək qəzet buraxmasın. Azərbaycanda 4 mindən çox qəzet qeydə alınıb. Bəlkə də 3700-dən çox qəzetdə jurnalistikadan xəbəri olmayan insanlar çalışır. Baxın ictimai fikrə hansı qəzetlər təsir edir? Ən çox təsir edən müstəqil qəzetlərdir. Yaxşı bir reklam bazarı meydana gələ, sözün həqiqi mənasında, qəzetlər reklam bazarından maliyyələşələr, onda o biri qəzetlər ölüb gedəcəklər. Reket qəzetin hərəsi kimdənsə 5 manat qopartmaq üçün işləyir, kimlərsə onlara deyiblər ki, məmurun qapısına gedən kimi sənə pul verəcəklər. Yavaş-yavaş o məmurlar da başa düşürlər ki, hər adamı qəbul etmək lazım deyil. Ölkədə uzağı 20 qəzet var ki, onlarla işləmək lazımdır. Heç kim də inciməsin. 4 min qəzeti bir gündə qəbul etmək mümkün deyil.-Sizcə, senzura şəraitində işləmək çətin idi yoxsa, reketliyin artığı mühitdə? -Hər bir mətbuat nə qədər pis olur olsun, yenə də senzuradan uzaq olsun. Bircə senzura olmasın. Çünki senzua olsa, bir balaca senzuravari qanun qəbul eləsələr, o dəqiqə ən yaxşı qəzetlərə şamil edəcəklər. Ona görə də əl-həzər senzura olmasın. Dediklərimizin hamısı sıradan çıxacaq, onu təbiət özü sıradan çıxaracaq. Hələ bulanıq vaxtı, guya dırnaqarası jurnalist ola bilir, amma hamısı durulacaq. -Siz həm də universitetdə pedaqoq kimi fəaliyyət göstərirsiniz. Bu günkü gənclərin tələbləri isə daha böyükdür, siz tələbələrinizin tələbləri ayaqlaşa bilirsinizmi? -Sözün həqiqi mənasında ayaqlaşa bilmirik. Bu yaxınlarda yeni media ətrafındamüzakirələr oldu, kofransda cavanlar elə maraqlı söhbətlər etdilər ki, mən bir daha gördüm ki, biz ayaqlaşa bilmirik. Amma bütün bunlarla o demək deyil ki, biz heç nə etmirik. Universitetin tələbə studiası var. Biz qəzet buraxırıq, o qəzeti önəmli qəzetlərin içərisində buraxırıq. Məsələn “Jurnalist” qəzeti 525-ci qəzetin şənbə nömrəsində A3 formatda orta səhifələrdə çıxır. 525-ci qəzetin tirajı qədər bu tələbə qəzeti də ölkədə məlum olur. Şərq qəzetində dəhəmçinin. Bu gün 525-ci qəzetin baş redaktoru Rəşad Məcid və Şərq qəzetinin baş redaktoru Akif Aşırlı jurnalistika fakültəsinin müəllimləridir. Onlar öz qəzetlərində jurnalist tələbələrin praktik yazılarını çap edilər, həm də onların qəzetini çıxarırılar. O qəzetlərdə bütün imzalara qonarar verilir. Birinci nömrəsi çıxanda “Ədalət” qəzetinin baş redaktoru, millət vəkili Aqil Abbasın xoşuna gəlmişdi. Mənə zəng edib dedi ki, cibimdə 200 manat pul var, göndərirəm o uşaqlara qonarar ver. Bu təşəbbüsü ziyalı qüvvələri bildilər, sonra akademik Vaqif Abbasov bu informasiyanı görən kimi mənə zəng etdi ki, növbəti nömrənin qonararını mən verirəm. Mən də bir nömrənin qonarararını verəcəm. Çünki mən prezident təqaüdçüsüyəm, bir az da halal olsun. Prezident təqaüdündən tələbələrimə də pay düşsün. Yəni müəlliflərə qonanrar vermək ənənəsi sovet dövründən qalıb, qalan ənənlərdən bircə bu yaxşıdır, hamıya qonarar verirdilər. Bizim tələbələr fəaldırlar. İctimai televiziya onlar üçün lobaratoriyaya çevrilib. Bir az mənə, bir az özlərinə görə. Eləcə də 525-ci və Şərq qəzeti. Bu dəqiqə 6-7 qəzet tələbələrin qəzetini buraxmaq istəyir. Bu da bir vətəndaşlıq borcudurmu, ya qeyrətdidirmi? Fakültədə belə canlanma var. Bütün bunlarla belə yeni texnologiya ilə ayaqlaşa bilmirik, çünki onun üçün ciddi maliyyə dəstəyi lazımdır. Rektorumuz Abel Məhərrəmov söz verib ki, xarici ölkələrdəki kimi lap yaxın gələcəkdə tələbə telestudiasıyası düzəltsin.  -Niyə bu gün tələbələr qəzetlərdən çox televiziyaya üstünlük verirlər? - Doğrudan da hələlik televiziya daha böyük informasiya vasitəsidir. İnsan orada görünmək istəyir. Ümumiyyətlə insanın özünü göstərmək istəyi var. Görürlər ki, müğənnilərlə bərabər jurnalistlər də televiziyada daha tez ulduzlaşa bilirlər, bu daha çox oradan qaynaqlanır. Mən deyərdim ki, qəzet və on-line jurnalistikasını yaxşı başa düşən insanlar, tələbələrin eləsi var televiziyaya yaxın durmur, qəzet və informasiya agentlikuində işləmək istəyir. O istedad və istəkdən asılıdır. Prinsipcə televiziyaya üz tutanlar daha çoxdur. Lap yaxın gələcəkdə televiziya da elə qəzetlər də kimi olacaq. Hər şey on-line jurnalistikasına, yeni mediaya keçir. Ona görə də ona hazır olmaq lazımdır ki, ən yeni texnologiya ilə necə jurnalistika olmaq olar. -Dünyada İctimai televiziya abunə yolu ilə maliyyələşir. Bizim cəmiyyətdə isə heç kəs pul verib istədiyi verilişi tələb etmək istəmir? Bunun günahı Azərbaycanda İctimai televiziyanın özünü düzgün təqdim edə bilməməsindədi, yoxsa insanlardadır? - Dünya praktikasında daha çox İctimai televiziyalar abunə ilə maliyyələşir. BBS, Almaniya televiziyası, İtaliyadakılar, yəni təcrübə orada belədir. Amma Azərbaycanda İctimai televiziya təzə yarananda Azərbaycan dövləti belə qərara gəldi ki, Azərbaycan cəmiyyəti o qədər varlanmayıb ki, işıq, qaz pulu və digər kommunal xərclərin içində bir də televiziyaya abunə haqqın ödəsinlər? Ona görə də qərara alındı ki, qanunda da var bu televiziya hələlik dövlətdən maliyyələşsin. 2014-cü ilə qədər bu televiziya dövlətdən mailiyələşəcək. Amma məsələn BBS kimi televiziya kanallarının mailiyə dəstəyinin az qala yarısı dövlətdən gəlir. Çünki dövlətin ictimai televiziyanın xalqın mariflənməsi üçün, milli-mənəvi dəyərləri qoruması, siyasi proseslərdən uzaq olan bir televiziyanın ortada olması üçün dövlət marağı var. Yalnız dövlətə, insanlara, ictimai maraqlara xidmət edən bir televiziya olsun. Çünki bu kommersiya televiziyalarından fərqli olaraq heç kimə deyil, yalnız cəmiyyətə qulluq etməlidir. Azərbaycanda da belə bir televiziya intişar tapıb. İctimai televiziya sözün əsl mənasında cəmiyyətin televiziyasıdır. Baxın hansı televiziyada ictimai televiziya qədər müzakirəyə çıxarılan məsələlər var?Maarifləndirici funksiyasını ictimai televiziya yerinə yetirir. Mən bundan qətiyyən narazı deyiləm. Amma proseslər var ki, hələ inkişafdadır, davam edir. Ona görə də İctimai televiziya Azərbaycanda çox tez formalaşdı. Heç kim deyə bilməz ki, Azərbaycan İctimai televiziya formalaşmayıb. Azərbaycanda insanlar özləri də deyirlər, mən də o fikirdəyəm ki, İctimai televiziya Azərbaycanda birinci kanaldı. - Televiziya kanallarının özlərinə 1-ci kanal, sevimli kanal, baxımlı kanal deməsi nə dərəcədə düzgündür? -Bunlar reklam, tamaşaçını cəlb etmək üçündür. Bu reklamdır. Bütün dünyada belədir. Ona görə də bu ifadələrə diqqət edin, amma çox bənd olmayın. -Müxalifətçilər bu gün onlara televiziyalarda meydan verilməməsindən şikayətlənir. Yalnız seçki prosesində onları İctimai televiziyanın efirində gördük. -Cəmiyyət də, dövlət də, ictimai rəy də, hər kəs ölkədə aparılan seçki proseslərini, xüsusilə prezident və parlament seçkilərini ancaq İctimai televiziyaya etibar edirlər. İctimai televiziya bu sahədə öz işini görür və bütün Avropa Şurasının da, digər beynəlxalq təşkilatların, qurumların da apardığı monitorinqlər bir daha sübut edir ki, İctimai televiziya seçkilərdə tərəfsiz, qərəzsiz, vicdanlı hərəkət edən, işıqlandıran, o təbliğatı aparan yeganə kanaldır. -Siz qeyd etdiniz ki, Azərbaycanda azad mətbuat var. Beynəlxalq təşkilatlar yazıçı-publisist Rafiq Tağının ölümünü Azərbaycan mətbuatında azad sözə olan zərbə kimi qiymətləndirirlər. -Bu barədə heç nə demək istəmirəm. Onların nə dediyinə baxmıram, qulaq asmıram. Nərgiz Ehlamqızı,
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyə XİN: Qafqazla bağlı gözlədiyimiz nəticə çox önəmlidir
23:58 14.03.2025
Türkiyə XİN: Qafqazla bağlı gözlədiyimiz nəticə çox önəmlidir
“Qalatasaray" "Antalyaspor"u böyük hesabla məğlub edib
23:53 14.03.2025
“Qalatasaray" "Antalyaspor"u böyük hesabla məğlub edib
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
23:39 14.03.2025
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
23:20 14.03.2025
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
Zelenski: Ukrayna ordusu Kursk əməliyyatı ilə öz vəzifəsini yerinə yetirib
23:01 14.03.2025
Zelenski: Ukrayna ordusu Kursk əməliyyatı ilə öz vəzifəsini yerinə yetirib
Britaniya Azərbaycanla Ermənistanı sülh sazişini imzalamağa çağırıb
22:50 14.03.2025
Britaniya Azərbaycanla Ermənistanı sülh sazişini imzalamağa çağırıb
Milli Qəhrəmanın atası vəfat etdi
22:29 14.03.2025
Milli Qəhrəmanın atası vəfat etdi
İtaliya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
22:07 14.03.2025
İtaliya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər
22:00 14.03.2025
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər
G7 Ukrayna ilə atəşkəsdən imtina halında Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini müzakirə edib
21:53 14.03.2025
G7 Ukrayna ilə atəşkəsdən imtina halında Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini müzakirə edib
Bəşir Süleymanlı ilə birgə saxlanılan Altay Məmmədzadə həbs edilib.
21:44 14.03.2025
Bəşir Süleymanlı ilə birgə saxlanılan Altay Məmmədzadə həbs edilib.
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
21:39 14.03.2025
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
Baş nazirin müavini: Mineral resurslarla bağlı saziş üzrə danışıqlar başa çatıb, Ukrayna imzalanma tarixini gözləyir
21:34 14.03.2025
Baş nazirin müavini: Mineral resurslarla bağlı saziş üzrə danışıqlar başa çatıb, Ukrayna imzalanma tarixini gözləyir
BMT: Azərbaycan - Ermənistan arasında müzakirələri alqışlayırıq
21:26 14.03.2025
BMT: Azərbaycan - Ermənistan arasında müzakirələri alqışlayırıq
Putin Kurskdakı ukraynalı hərbçilərə təslim olmağı təklif edib
21:11 14.03.2025
Putin Kurskdakı ukraynalı hərbçilərə təslim olmağı təklif edib
Bəşir Süleymanlı həbs edildi
21:06 14.03.2025
Bəşir Süleymanlı həbs edildi