“Caliber”in növbəti təhlili: “Nəcib” erməni ailəsində qalmaqal” - VİDEO

“Caliber”in növbəti təhlili: “Nəcib” erməni ailəsində qalmaqal” - VİDEO
SİYASƏT
17:57 10.06.2021
536
"Caliber” layihəsinin növbəti buraxılışında Ermənistanda qarşıdan gələn seçki və namizədlərin pafoslu çıxışları məsələsinə toxunulub.

Layihənin "Youtube” kanalında paylaşılan "Nəcib” erməni ailəsində qalmaqal” adlı videoda Ermənistanda iqtidar uğrunda "savaşan” namizədlərin ikrah hissi yaradan vəd və çıxışları təhlil olunub.

"Ermənistan parlamentinə seçkilər yüksək notla başa çatır. Seçicilərə gah "Ararat”ı (Ağrı dağı – red.), gah da səmadakı Ayı söz verməyə hazır olan qələbəyə əsas namizədlərin hamısı seçki isterikasına qoşulur.

Əslində bir zamanlar özünün hansısa məqsədləri üçün Paşinyanı himayə edən keçmiş prezident Serj Sarqsyan baş nazir səlahiyyətlərinin icraçısına Azərbaycanda saxlanılan terrorçularla (İrəvanda sadəcə hərbi əsir hesab olunurlar) oğlu Aşotu mübadilə etməsini təklif edib.

Paşinyan onun çağırışını qəbul edib və eyni zamanda rəqibini təcrübəli "sutenyor” adlandırıb.

Başqa nə etsin? Seçkilərə faktiki olaraq bir həftə qalıb”, - deyə "Caliber” qeyd edib.

Videoda həmçinin Ermənistanda hakimiyyət uğrunda mübarizə aparan bu iki "siyasətçi” arasında gedən mübarizədə səsləndirilən fikirlərin erkən orta əsrlər dövrünü xatırlatdığı vurğulanır. Çünki məhz həmin dövrlərdə baronlar öz itaət və sadiqliklərini göstərmək üçün imperatorlara girov kimi öz oğullarını göndərirdilər.

"Lakin Nikol Paşinyandan vətən və xalq uğruna öz oğlunu qurban verən antik qəhrəman çıxmaz. O, çox gözəl anlayır ki, Azərbaycan Prezidenti bu təklifi yalnız təəccüblə qarşılayacaq. Ermənistanda hakimiyyət uğrunda savaşanların qaytarmaq istədikləri "əsir”lər indi məhkəmə qarşısındadır. Bu məhkəmə onların Azərbaycan ərazisindəki əsl fəaliyyətlərini bütün dünyaya göstərəcək”, - deyə videoda bildirilir.

Ətraflı "Caliber”in növbəti təhlilində:
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
09:34 17.10.2026
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
09:29 17.10.2026
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
09:21 17.10.2026
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
09:14 17.10.2026
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
09:03 17.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
08:59 17.10.2026
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
08:52 17.10.2026
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
08:45 17.10.2026
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
İran Hörmüzün açılması üçün şərtini açıqladı
08:37 17.10.2026
İran Hörmüzün açılması üçün şərtini açıqladı
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
08:30 17.10.2026
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
08:23 17.10.2026
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
08:16 17.10.2026
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
Alimlər ilk dəfə "Yaşıl ulduz"u kəşf edirlər
08:10 17.10.2026
Alimlər ilk dəfə "Yaşıl ulduz"u kəşf edirlər
Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib
08:03 17.10.2026
Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib
“Bloomberg”: Aİ ABŞ və Rusiyaya qarşı Arktikada yeni proqram hazırlayır
07:52 17.10.2026
“Bloomberg”: Aİ ABŞ və Rusiyaya qarşı Arktikada yeni proqram hazırlayır
Alimlər açıqladı: Valideynlər ən çox hansı övladını sevir?
07:28 17.10.2026
Alimlər açıqladı: Valideynlər ən çox hansı övladını sevir?