"Camaat ət almağa pul tapmır, bu gedib ətini götüzdürür" - VİDEO

"Camaat ət almağa pul tapmır, bu gedib ətini götüzdürür" - VİDEO
MAQAZİN
11:05 18.05.2018
10881
Uzun müddətdir ki, efirlərdən uzaq gəzən meyxanaçı Aqşin Fateh əməliyyat olunub.
 
AZXEBER.COM xəbər verir ki, ifaçının plastik əməliyyat keçirməsi haqda məlumat izləyicilər tərəfindən birmənalı qarşılanmayıb və o təndiqlərə məruz qalıb.
 
Daha sonra meyxana ifaçısı bu haqda instaqram səhifəsində video yayaraq əməliyyat haqda ətraflı məlumat verib: "Üzümü üzdəniraq adamlara tutub deyirəm ki, estetik etdirməmişəm. Belə bir niyyətim olsaydı çoxdan edərdim. Model, qız uşağı deyiləm. Yazırsız ki, dindarlara yaraşmaz, bu da özünü gözəlləşdirdi.

Bundan başqa, "Camaat pul tapmır ət alıb yeməyə, bu artıq ətini götüzdürür”- şərhini də oxudum. Ay insan, Allahdan qorx. Bu ağrıların 10 saniyəsini yaşayın, onda görün ki, insanlar necə əziyyət çəkir”.
 

OXŞAR XƏBƏRLƏR