Türkiyə təmsilçisi Can Bonomo may ayında “Eurovision” səhnəsində ifa edəcəyi mahnını bu gün təqdim edəcək. AZXEBER.COM-un müsabiqənin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Can Bonomo repertuarından digər mahnıları da səsləndirəcək.Yarım saatlıq xüsusi proqram Bakı vaxtı ilə saat 21.30-da TRT 1 və TRT Müzik kanalları, eləcə də eurovision.tv ilə canlı yayımlanacaq. Təqdimat mərasimində Azərbaycan nümayəndə heyətinin rəhbəri Hüsniyə Məhərrəmova da iştirak edəcək.