Həbsxanaya qanunsuz yolla telefon keçirməyin qarşısı alınıb.Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, xidmətin və 3 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alıblar. 3 saylı İstintaq təcridxanasında 1990-cı il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1; 177.2.3; maddələri ilə təqsirləndirilən şəxs qismində saxlanılan Rəvan Etibar oğlu Şükürova qohumu Rəhman Əli oğlu Axundovun gətirdiyi sovqata baxış keçirilən zaman canamazın içərisində gizlədilmiş 1(bir) ədəd “Egitel” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.Fakt üzrə araşdırma aparılır.