Əməkdar artist Aybəniz Haşımovanın qızı, bloger Aynişan Quliyeva Aygün Bəylərin qızı ilə bağlı addım atıb.
AZXEBER.COM xəbər verir ki, 1 milyondan çox izləyicisi olan bloger sosial şəbəkə hesabında mərhumun yeniyetmə qızı Cananla bağlı paylaşım edərək, onun üçün bank hesabı açılmasını təklif edib.
Bloger həmin pulun Cananın 18 yaşı tamam olunca götürüb, hər hansısa bir lazımi ehtiyacını qarşılamasını istəyib.
Bu paylaşımdan sonra bir çox şəxs bu addımı alqışlayıb və dəstəkləyib.
Blogerin sözlərinə görə, o, bununla bağlı banklara müraciət edib, banklar isə belə bir hesabın yalnız valideyn və ya himayəyə götürən şəxs tərəfindən açıla biləcəyini söyləyib.
Aynişanın sözlərinə görə, Cananın xalası deyib ki, onun 60 yaşına qədər özünü idarə edə biləcək vəsaiti var.
Buna baxmayaraq, bloger sosial şəbəkə vasitəsilə Canana deyib ki, nə zaman ehtiyacı olarsa, ona kömək etməyə hazırdır.