"Cananın atası heç nə danışa bilməz, çünki haqqı yoxdur, bibisi isə..." - Prodüser Sultan

"Cananın atası heç nə danışa bilməz, çünki haqqı yoxdur, bibisi isə..." - Prodüser Sultan
MAQAZİN
16:24 11.01.2024
355

Prodüser Sultan ilk dəfə Aygün Bəylərin qızı Cananın taleyi haqda bəzi məqamları açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, o, RTV "youtube” televiziyasına açıqlamalar edərək ilk dəfə bəzi gerçəklərin üstünü açıb.

İllərdir Aygün Bəylərlə çalışan və bir çox özəl məsələlərdən xəbərdar olan prodüser, əməkdar artistin qızından nigaran dünyadan köçdüyünü deyib:

"O həmişə qızından nigaran idi, elə də getdi bu həyatdan. Onun qızı ilə bağlı arzuları var idi. Sağikən onun yanında heç kim yox idi. Aygünün çətin günlərində yanında bir mən idim, bir də Allah. 2010-cu ildə çox böyük depressiya, sarsıntı yaşamışdı. Amma o hər zaman Cananı səhnə arxasında saxlayıb. Canan üçün 14 yaşında ana itirmək əlbəttə ki, çox çətin məsələdir. Yarası çox təzədir, zaman lazımdır sağalmaq üçün”.

Sultan, Cananın adından istifadə edərək gündəmə gəlmək istəyən və yalan-yalnış məlumatlar verən insanlara xəbərdarlıq edib:

" O uşağın adından istifadə edərək gündəmə gələn və danışan insanlar var ki, onları mən yaxşı tanıyıram. Cananın atası Rəsul bəyi də bibisini də. Düzdür, bibisi 3-4 ildən bir gəlib Cananı görüb, hədiyyə alıb. Bunu danmaq olmaz. Amma görürsünüz ki, atası danışmır. Nə danışacaq? Danışa da bilməz çünki o uşağın üzərində onun haqqı yoxdur. Bibisi də gəlib 3 ildən bir uşaq görübsə, bu o demək deyil ki ona uşaq veriləcək. İkincisi də, Canan özü Almaniyaya getmək istəməz. Ona görə ki burda evi var, təhsili var, ailəsi, xalaları var. Biz buna yol vermərik. Mən Cananın yerinə qərar verə bilmərəm amma o həmişə bunu deyib, mənim atam da, anam da elə Aygün Bəylərdir”.

 

Aysel

 

OXŞAR XƏBƏRLƏR