Dələduzluqda və çirkli pulların yuyulmasında ittiham olunan Alisya Bahar Candan və Gülnihal Çiçek Candan sabah hakim qarşısına çıxacaq.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Candan bacıları üçün dələduzluq və çirkli pulların yuyulması cinayətlərindən istintaq başladılıb.
Alisya Bahar Candan üçün 14 ildən 44 ilə, Gülnihal Çiçək üçün isə 8 ildən 24 ilə qədər həbs iddianaməsi məhkəmə tərəfindən qəbul edilib.
Ağır Cəza Məhkəməsi tərəfindən qəbul edilən iddianamə çərçivəsində Alisya Bahar Candan və onun böyük bacısı Gülnihal Çiçək sabah şübhəli qismində hakim qarşısına çıxacaq.
Oksana