Canlı efirdə it aparıcının üzünü dişlədi - VİDEO

Canlı efirdə it aparıcının üzünü dişlədi - VİDEO
Bütün Xəbərlər
20:04 10.02.2012
2588

Hadisə Amerika Birləşmiş Ştatlarında baş verib

Amerikanın KUSA-TV kanalında ənənəvi səhər verilişi faciə ilə bitib. Verilişin aparıcısı Kayla Dayeri canlı efirdə it dişləyib. “Maksimus döyüşçü” ləqəbli it həmin gün verilişin əsas qəhrəmanı olub. Canlı efirdə onun donmuş göldən necə xilas edilməsi haqda təsiredici hekayəsindən danışılırmış. Güman edilir ki, elə həmin hadisədə itin məruz qaldığı stress onun bu cür aqressiv davranmasına səbəb olub.Proqramda itin sahibləri də iştirak ediblər. İt əvvəlcə özünü olduqca sakit aparıb, aparıcının onu sığallamasına baxmayaraq öz müvazinətini itirməyib. Görünür, orada müvazinətini aparıcı itiribmiş, çünki ehtiyatla davranmayan aparıcı dizi üstə əyləşərək ona tərəf yaxınlaşır. Elə bu an itin əhval-ruhiyyəsi qəfil pozulur və canlı efirdə gözlənilmədən aparıcının üzünü dişləyir.“The Daily Mail” yazır ki, aparıcı K. Dayer dərhal xəstəxanaya çatdırılıb, üzü ciddi xəsarətlər alan jurnalistin üzərində təcili plastik əməliyyat aparılıb.

Ans Press

OXŞAR XƏBƏRLƏR