Canlı efirdə kövrələn aparıcıdan təsirli sözlər: “Onun adına bir rahatlıq hiss etdim”

Canlı efirdə kövrələn aparıcıdan təsirli sözlər: “Onun adına bir rahatlıq hiss etdim”
SOSİAL
23:23 23.11.2026
76
Xəbər verdiyimiz kimi, ARB TV-nin keçmiş aparıcısı Ada Süleyman avtomobil qəzasında həyatını itirib.

Baku TV-nin aparıcısı Ramilə Rinadqızı həmkarı Ada Süleymanın vəfat xəbərini canlı efirdə kövrələrək açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, aparıcı efirdən sonra sosial şəbəkə hesabında Ada ilə bağlı paylaşım edərək onun haqqında xatirələrini bölüşüb: 

"Ada ilə qısa müddət əvvəl tanış olmuşduq. Bilirsiniz, mən hamı kimi "Heyif səndən”, "Səni heç vaxt unutmayacağıq”, "Şokdayam, inana bilmirəm” kimi sözlər yazmayacağam. Çünki insan bəzən unudur, həyat davam edir. Açığı, bu gün insanların dilə gətirdiyi hər kədərin, hər səmimiyyətin də həqiqi olduğuna inanmıram. Amma Ada haqqında əminliklə deyə biləcəyim şeylər var…

Biz çox tez-tez danışır, müxtəlif mövzuları müzakirə edirdik. Adanın psixoloq kimi insanı anlamaq bacarığı vardı. Gərgin olduğum vaxtlarda özü yazıb "Nə olub?” deyə soruşardı. Ən kiçik dəyişiklikləri belə hiss edər, diqqətsiz qalmazdı. İnanın, verdiyi məsləhətlər, hadisələrə yanaşması o qədər düzgün, o qədər dəyərli idi ki… Bu səhər xəbəri eşidəndə qeyri-ixtiyari Instagram-a girib yazışmalarımıza baxdım. Onun həyata baxışını, yazdığı sözləri yenidən oxudum. Və qəribədir ki, bütün bu kədərin içində onun adına bir rahatlıq hiss etdim. Çünki inanıram ki, belə gözəl qəlbli bir insan Allahın dərgahında da gözəl qarşılanar. Biz çox vaxt kimsə dünyadan köçəndə "Çox yaxşı insan idi” deyirik. Bəzən bunu sadəcə demək üçün deyirik. Amma mən Ada haqqında bu sözləri yazanda nə dediyimi çox yaxşı bilirəm. Çünki Ada həqiqətən yaxşı qız idi. Çox yaxşı qız idi. Dostluğun, diqqətin və səmimiyyətin ən gözəl nümunələrindən biri idi. Bəzi insanları tanımaq üçün illər lazım deyil. Ada bunu mənə bir daha göstərdi.

Allah hər zaman yanında olsun, Ada. Məkanın cənnət olsun”.

Fəridə Əsədzadə 
 


OXŞAR XƏBƏRLƏR