Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətindən bildirilib. Hadisə bu gün, günorta saatlarında Binəqədi şosesində yerləşən “Cantəpə” restoranında qeydə alınıb. Əraziyə cəlb edilən yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı tezliklə alınıb. Hadisə zamanı ölən və ya xəsarət alan olmayıb.
İlkin ehtimala görə, yanğına qısaqapanma səbəb olub.