Capstagram-ı 1 günə 10 min adam bəyəndi

Capstagram-ı 1 günə 10 min adam bəyəndi
MEDİA
01:06 20.01.2016
2040
Son günlərdə Azərbaycanın iri sosial media səhifələri kiber hücumlara məruz qalıb. 
Belə ki, yerli iri yumor səhifələri olanTrolling Azerbaijan, Şedevr və Capstagramxakerlərin əlinə keçdi. Çoxsaylı müraciətlər,facebooka-aünvanlanan şikayətlər nəticəsində bəzi səhifələr bərpa olunsanda, qısa zamanda hamının sevimlisinə çevrilmiş yumor səhifəsi olanCapstagram-ıbərpa etmək mümkün olmayıb. 77.000 izləyici olan səhifə xaker hücumunun qurbanı oldu. Lakin, görünən odur ki, Azərbaycanın ən aktiv yumor səhifəsi hesab olunan Caspstagramın idarə heyyətinin üzvləri bu vəziyyətlə barışmaq niyyətində deyil."Səhifəmizi oğurlaya bilərsiniz, istifadəçilərimizi əsla!"adı altında başladılan kompaniya bir gündə sosial mediada sözün əsl mənasında partlayış yaratdı. 
Bir neçə saat ərzində 10.000 bəyənmə sayına çatan səhifə cəmi 1 günə öz nüfuzun yenidən bərpa etdi. Hal hazırda mövcud statistika isə 12.000-dir. Əgər sizdə bu səhifənin izləyicisinizsə orginal səhifəyə buradan keçid edə bilərsiniz.
OXŞAR XƏBƏRLƏR