PEN Türkiyə Mərkəzi başqanı CASCFEN Bişkek iqamətgahını ziyarət etdi.
Qırğızıstanın başkəndi Bişkekə toplaşan türksoylu xalqların insan haqları, söz, dil, mətbuat, ifadə azadlığı mövzusunda 3 gün sürən toplantısı başa çatıb.
CASCFEN Mətbuat Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, Ural-Altay elindən başlayaraq ta Avropanın Mərkəzinədək olan yerlərdən mütəxəssis, aydınlar, yazarların qatıldığı beynəlxalq konfrans boyunca qarşıya çıxan ümumi çətinliklərin aradan qaldırılması yolları geniş müzakirə edilib. "Nəsillər və dil", "Orta Asiyada ifade azadlığı" konfransın ana mövzusu olub.
Dalmira Tilepbergenovanın başkanlığındakı Orta Asiya PEN Mərkəzinin ev sahibi olduğu konfransda Türkiyəni 3 yazar təmsil edib: PEN Türkiyə başqanı Tarık GÜNERSEL, başqan yardımçısı Halil İbrahim ÖZCAN və Prof. Dr. Suat KARANTAY. Avropalı türksoyluları İsveçdə yaşayan Uygur Kaiser Özhun təmsil edib.
Qırğız sosyolinguist Gülnara Camaşeva Sovet dönemində Qırğızıstanın basqı altında olduğunu vurğulayıb. O, bəzı gənc qırğızların gündəlik həyatda öz aralarında rusca danışmağa üstünlük verdiklərinə üzüldüyünü açıklayıb.
Orta Asiya PEN Mərkəzinin düzənlədiyi konfransa Qırğızıstan, Özbəkistan, Qazaxıstan və Tatarıstandan on iki tələbə də qatılıb. Proqramda bir daha PEN haqqında bilgi, yaradıcı yazarlıq, insan haqları və ifadə azadlığı mövzuları müzakirə edilib.
Beynəlxalq konfrans İssık Göl sahilində ocaq çatılması, mahnı və şeir söylənməsi, halay çəkilməsi ilə başa çatıb.
Ertəsi gün isə Türkiyə PEN Mərkəzinin başqanı Tarık Günersel və onun yardımçısı Halil Özcan Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) Bişkekdəki baş iqəmətgahını ziyarət edib.
CASCFEN-in Orta Asiya baş təmsilçisi Ramiz Məşədihəsənli təşkilatın fəaliyyəti, məqsəd və məramı barədə Türkiyəli qonaqlara geniş bilgi verib. O, Orta Asiya resbulikalarında hələ də ana dilindən istifadənin mükəmməl olmadığını vurğulayaraq, Qazaxıstan və Qırğızıstanda dövlət səviyyəsində ana dilinin inkişafına dair qəbul olunmuş xüsusi proqram haqqında danışıb.
Türkmənistan və Özbəkistanda latın əlifbasına çoxdan keçildiyini deyən Məşədihəsənli, Qazaxıstanla Qırğızıstanda bu əlifbaya keçmək amacı ilə üst düzeydə hazırlığa başlandığını bildirib.
2025-ci ilədək Qazaxıstanın tam latın əlifbasına keçəcəyini bildirən baş təmsilçi CASCFEN başqanı Azər Həsrət tərəfindən ortaq əlifba yaradılarkən Ää (əƏ) hərfinin latın əlifbasına keçişdə bütün türksoyluların istifadə etməsi təklifini irəli sürdüyünü deyib.
Qonaqlar CASCFEN adlı bir qurumun fəaliyyətinin PEN Mərkəzinin məqsəd və məramına uyğun olduğunu əlavə edərək, gələcəkdə işbirliyi qurmağın vacibliyini bildiriblər.
Görüşdə Bişkekdəki Türkel Fondunun rəhbəri Hökümə Xəlilova da iştirak edib.