Cavanşir qiymətini açıqladı

Cavanşir qiymətini açıqladı
ŞOU-BİZNES
08:32 13.08.2011
1649
AZXEBER.COM xəbər portalının Day.Az saytına istinadən verdiyi məlumata görə, o, Azərbaycanda bir çox müğənnilərin biznesi olduğunu deyib: "Bu, əsasən şəhərin mərkəzində açılmış mağazalardır. Əlbəttə ki, onlara ayda 1-2 toya getmək kifayət edir. Amma buna baxmayaraq, onlar şikayət də edirlər. Mən ayda 10 toya gedə-gedə ay ərzində 20 toyumun olduğunu söyləsəm, onlar utanmadan bundan artıq rəqəm açıqlayacaqlar".

Yalnız toydan əldə etdiyi gəlir hesabına yaşadığını deyən C.Məmmədov deyib ki, toya əsasən 3-3,5 minə, bəzən 4 minə gedir. "Bəzilərindən fərqli olaraq, mən toya 17-18 nəfərlik kollektivimlə gedirəm. Çünki toyda canlı oxuyuram. Pulu isə aramızda bölürük. Müğənnilər çox pul istədiklərindən artıq insanlar onlara nifrət edirlər".

OXŞAR XƏBƏRLƏR