Cavanşir Məmmədovun qızından şok: Türk ərini tutdurdu - 240 minlik qalmaqal

Cavanşir Məmmədovun qızından şok: Türk ərini tutdurdu - 240 minlik qalmaqal
MAQAZİN
10:45 16.09.2022
868
Cavanşir Məmmədovun qızı Xatirə Məmmədovanın həyat yoldaşı, Türkiyə vətəndaşı İbili Mustafa Kəmal oğlu hüquq-mühafizə orqanlarına müraciət edərək X. Məmmədovanın dələduzluq yolu ilə onun pullarını ələ keçirdiyini iddia edib. 

AZXEBER.COM xəbər verir ki, "Yeni Sabah"a daxil olan müraciətdə Mustafa İbili bildirir ki, Xatirə Məmmədova ilə 2018-ci ilin oktyabrın 10-da internet üzərindən tanış olub və evlənmə qərarı alıblar. 

Bu məqsədlə o, Türkiyədəki evini və iş ofisini sataraq 10.000 dollar üzərində, 45.000 dollar da bank hesabında saxlayaraq Bakıya gəlib. Onun sözlərinə görə, Bakıya gəldikdən sonra X. Məmmədova onu anası və qızı ilə tanış edib və bu zaman anası ona "əgər qızımla evlənmək istəyirsənsə Bakıda ev al, sonra qızı istə, toyunu edək",- deyə bildirib.  

Mustafa İbili bildirir ki, bundan sonra Yasamal rayonu ərazisindən ilkin ödənişi 20.000 manat, aylıq ödənişi 3.116 manat olmaqla mənzil alıb. O qeyd edir ki,  Xatirə Məmmədovanın göstərişi ilə aldığı mənzilə 58.880 manat pul xərcləyib. O, əlavə olaraq Xatirə Məmmədova üçün aldığı qızılların və mobil telefonunun qiymətinin 12.000 dollara başa gəldiyini deyib və bildirib ki, 4 il ərzində Xatirə üçün aldığı paltarlara, çantalara, ayaqqabılara və bəzək əşyalarına 10.000 manatdan çox pul xərcləyib.  

O qeyd edib ki, aldığı televizor, qızıl, ev iti və ütü ilə birlikdə Rəfiqə Qafarovaya da 7.150 manat pul xərcləyib. 

X. Məmmədovaya hər ay xərcləməsi üçün 1.000 manat pul verdiyini deyən Mustafa İbili bildirib ki, o ümumilikdə Məmmədova Xatirə Cavanşir qızına 27.000 manat pul verib.  

O, evlənmə məqsədi ilə Bakıda qalarkən kirayə mənzilə hər ay 500 manat pul ödəyib və ümumilikdə bu məqsədlə 10.000 manat pul xərcləyib.  

Onun sözlərinə görə, Xatirə Məmmədovanı, Rəfiqə Qafarovanı, gəlini Nərgiz Məmmədovanı və anası Xalidə Məmmədovanı 4 dəfə İstanbula aparıb və bu 4 səyahətlərə ümumilikdə 46.000 dollar pul xərcləyib.  

Qeyd edib ki, Cavanşir Məmmədovun iddia etdiyi 100.000 dollar və Rəfiqə Qafarovanın iddia etdiyi 30.000 dollar pulu onlar Mustafaya İbili verməyiblər. Bütün pulları X. Məmmədovanın öz adından, anasının və atasının adından onun bank hesabına köçürüblər və köçürülən məbləğin bir hissəsini aldığı mənzilə və mənzilin əşyalarına xərcləyib. Qalanı 2020-ci ilin mart ayından 2021-ci ilin oktyabr ayına qədər xərclənən 86.000 manat olub və digər qalan pulları sadaladıqlarına xərclənilib.  O, ümumilikdə 240 min manatlıq zərər vurulduğunu bildirir.

Mustafa İbili bildirib ki, istintaqda qardaşından 10.000 dollar borc alaraq Cavanşir Məmmədova ödəyib və artıq pulu qalmayıb.  

O, müraciətində qeyd etdiyi halların araşdırılmasını və Məmmədova Xatirənin dələduzluq yolu ilə pullarını xərclətdiyi üçün barəsində cinayət işi açılmasını, cəzalandırılmasını və xərclədiyi pulların geri qaytarılmasını istəyib. 

Qeyd edək ki, Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Mustafa İbili tərəfindən aldadıldığını bildirib. Belə ki, o iddia edib ki, Mustafa İbili Cavanşir Məmmədovdan 13.000 manat və 126.500 dollar alıb və geri qaytarmayıb. Daha sonra Mustafa polis əməkdaşları tərəfindən saxlanılıb. Haqqında Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pedaqoji Universitet XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur - FOTOLAR
14:42 21.10.2026
Pedaqoji Universitet XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur - FOTOLAR
Ölkəyə qripə qarşı vaksinlər gətirildi
14:29 21.10.2026
Ölkəyə qripə qarşı vaksinlər gətirildi
Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı!
14:20 21.10.2026
Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı!
Şimali Makedoniya prezidenti İlham Əliyevə zəng etdi
14:07 21.10.2026
Şimali Makedoniya prezidenti İlham Əliyevə zəng etdi
Əhliman Əmiraslanov vətəndaşların müraciətlərini dinləyib
14:05 21.10.2026
Əhliman Əmiraslanov vətəndaşların müraciətlərini dinləyib
Boşansalar da, eyni evdə yaşamağa davam edirlər – Keçmiş ər-arvadı bu problemlər gözləyir
14:04 21.10.2026
Boşansalar da, eyni evdə yaşamağa davam edirlər – Keçmiş ər-arvadı bu problemlər gözləyir
Ərbakan da “arzuolunmaz şəxslər” siyahısına salındı
14:03 21.10.2026
Ərbakan da “arzuolunmaz şəxslər” siyahısına salındı
Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
13:54 21.10.2026
Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
İş axtaranların diqqətinə: Bu paylaşımlar işə qəbulunuza mane ola bilər
13:45 21.10.2026
İş axtaranların diqqətinə: Bu paylaşımlar işə qəbulunuza mane ola bilər
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
13:37 21.10.2026
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
18 yaşlı futbolçu “Liverpul”un tarixinə düşdü
13:35 21.10.2026
18 yaşlı futbolçu “Liverpul”un tarixinə düşdü
Aztəminatlı ailələrə 97,9 manat – Bu məbləğ yetərlidirmi?
13:34 21.10.2026
Aztəminatlı ailələrə 97,9 manat – Bu məbləğ yetərlidirmi?
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
13:28 21.10.2026
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan etdi - Siyahı
13:20 21.10.2026
Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan etdi - Siyahı
Bakıda milyonluq dələduzluqda ittiham olunan şirkət rəhbəri saxlanılıb
13:11 21.10.2026
Bakıda milyonluq dələduzluqda ittiham olunan şirkət rəhbəri saxlanılıb
Niderland XİN rəhbərinin Azərbaycana səfəri Hikmət Hacıyevlə müzakirə olunub
13:10 21.10.2026
Niderland XİN rəhbərinin Azərbaycana səfəri Hikmət Hacıyevlə müzakirə olunub