Cavid Hüseynov həbs olunacaqmı? -Hüquqşünas danışır

Cavid Hüseynov həbs olunacaqmı? -Hüquqşünas danışır
Bütün Xəbərlər
16:12 11.08.2015
3158
VHS Consulting Hüquq MMC-nin direktoru hüquqşünas Vüqar Səfərlinin AZXEBER.COM-a müsahibəsi
- Jurnalist Rasim Əliyevin ölümündən sonra sizcə futbolçu Cavid Hüseynov həbs olunmalıdırmı?
- Əvvəla döyülərək öldürülən jurnalist Rasim Əliyevin ailəsinə baş sağlığı verirəm. Bir hüquqşünas kimi belə bir çirkin hadisənin baş verməsini qınayıram. Bildirmək istəyirəm ki, faktla bağlı cinayət məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi açılıb və istintaq dövrü müddətində Cavid Hüseynovun sözügedən ölüm hadisəsi ilə bağlı günahının, cinayət əməlinin olub-olmaması müəyyən ediləcək. Nəzərə almaq lazımdır ki, mərhum özü ölümündən öncə videomüsahibəsində Cavid Hüseynovun sadəcə onunla çay süfrəsi ətrafında söhbət etmək üçün göndərib. İstintaq müddətində bütün hallar arasdırılacaq və Cavidin günahı varsa, o həbs olunacaq.
- Vüqar bəy, hər hansısa bir şəxs sosial şəbəkələrdə təhdid olunursa, nə etməlidir?
- Qeyd etmək lazımdır ki, Azərbaycan hüquqi dövlətdir və ölkəmizdə hüququn, qanunun aliliyi qorunur. Hər hansi bir şəxs sosial şəbəkələrdə təhdid olunursa, əlbəttə bu barədə hüquq mühafizə orqanlarına rəsmi müraciət etməlidir. 
- Bu cür hallarla qarşılaşanlar məhkəməyə az-az müraciət edir. Sizcə bu nə ile bağlıdır?
- Ölkəmizdə hər kəsin ifadə ve söz azadlığı hüququ var heç kəs o cümlədən jurnalistlər bu ve ya digər məsələ barədə ifadə etdikləri fikirlərə görə təqib edilə bilmez. Belə halların bir daha yaşanmaması həm hər birimizdən aslıdır. Kimisə təhdid edirlərlərsə yaranmış problemi şəxsi münasibətlər zəminində həll etməyə çağırılırsa həmin şəxs dərhal bu barədə hüquq mühafizə orqanlarına müraciət etməli və yaranmış problem qanunvericiliye uyğun həllini tamasında maraqlı olmalıdır.
OXŞAR XƏBƏRLƏR