Cavid Hüseynov qohumlarının jurnalisti öldürməsindən danışdı – AÇIQLAMA

Cavid Hüseynov qohumlarının jurnalisti öldürməsindən danışdı –  AÇIQLAMA
Bütün Xəbərlər
14:13 09.08.2015
8489

"Qəbələ"nin futbolçusu Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümünə münasibət bildirib.

AZXEBER.COM xəbər verir ki, futbolçu özünün şəxsi "facebook" hesabında günahsız olduğunu deyib:

"Allahdan jurnalist Rasim Əliyevə rəhmət diləyirəm. Ruhu şad olsun. Çoxları məni tənqid edir ki sənin dostların öldürüb onu. Amma yox, bu, belə deyil. Mən heç kimə imkan vermərəm ki, mənə görə kimisə öldürsünlər. O jurnalistlə "facebook"da kiprli jurnalistlə olan müsahibəyə aydınlıq gətirmişik, amma normal şəkildə. Sonra da mehribancasına sağollaşmışıq. İndi isə hamı az qala mənə qatil adı verir. Nə oldu, mən həmin Cavidəm də, bir neçə gün əvvəl dilinizdən düşməyən. Sizcə, mən bu cür hərəkət edərəm? Bir misal gətirmək istəyirəm. Araz Abdullayev maşını ilə adam vurdu, jurnalistlər ona qatil damğası vurdular. İndi isə mənim günahım olmaya-olmaya məni ləkələmək istəyirlər. Bizə düşmən lazım deyil vallah. Adamın başının üstündə Allah var. Yazanda haqqına yazın. Çox təəssüflər olsun ki, haqqına yazan jurnalistlərimiz çox azdır".

Xatırladaq ki, mərhum jurnalist onu döyən insanların özünü Cavid Hüseynovun qohumları kimi təqdim etdiyini demişdi.

Cavid Hüseynova dəstək məqsədilə "facebook" sosial şəbəkəsində "Cavid Hüseynov qatil deyil" adında səhifə açılıb.

OXŞAR XƏBƏRLƏR