"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bu gün keçirilən Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsində - referendumda iştirak edib.
Qurumun sədri Bakının Nizami rayonu ərazisində 18 saylı Nərimanov-Nizami seçki dairəsinin 15 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edərək səs verib.
Qeyd edək ki, səhər saatlarından Bakının Nizami rayonu ərazisində 18 saylı Nərimanov-Nizami seçki dairəsində fəaliyyət göstərən seçki məntəqələrində seçicilərin fəallığı müşahidə edilir. Xüsusi aktivliyi qadın seçicilər təşkil edir.
///"Report"