Cavid Qurbanovdan sensassion açıqlamasına ekpertdən münasibət - Cinayət işi açılmalıdır

Cavid Qurbanovdan sensassion açıqlamasına ekpertdən münasibət - Cinayət işi açılmalıdır
SOSİAL
15:30 13.10.2016
1222

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, qurumun keçmiş sədri, hazırda Nəqliyyat nazirinin müavini vəzifəsinə çalışan Arif Əsgərov barəsində sərt ittihamlar səsləndirib. 

AZXEBER.COM xəbər verir ki, Cavid Qurbanov apa-ya açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-də vəziyyətin son dərəcə acınacaqlı olmasından danışıb. 

İş elə gətirdi ki, yenidən "Azərbaycan Dəmir Yolları" QSC-yə qayıtmalı oldum. Bura qayıtdıqdan sonra ciddi problemlərin şahidi oldum: "10-12 yaşında elektrovoz və teplovozlar alınaraq, Azərbaycana gətirilmişdi. Rusiyada 20-30 il istismar olunmuş, sonradan təmir olunmuş lokomotivlər alınırdı. Başladıq vaqon parkında araşdırma aparmağa. Daşınma xidmətlərinin rəisini çağırdım yanıma və birgə parka baxdıq. Gördük ki, 2023-cü ilədək belə davam etsə, parkımızda 123 vaqon qalacaq, qalanları sıradan çıxacaq. Yol infrastrukturunda rabitə sistemi yox dərəcəsində idi. Vəziyyət o həddə idi ki, maşinistlər bir-biri ilə mobil telefonla əlaqə saxlayırdı. İşlərin əksəriyyətində geriləmə var idi. Yol təsərrüfatında olan ağac tirlərinin 70%-i yararsız vəziyyətdə olub. Təhlükəsizlik sıfır dərəcəsində, depo və binalarımız yox vəziyyətdə idi. Başqa sözlə, hara ayaq qoyurduqsa, orada bir dərd var idi. Öz-özümə düşünürdüm ki, mən bu qədər problemlərin öhdəsindən necə gələcəyəm. Amma özümdə güc tapdım, həmkarlarımı başıma topladım və başladım işləməyə. İşimdə dəmiryolçuların təcrübəsinə arxalandım".

O əlavə edib ki, cəmiyyətin fəaliyyətində tam şəffaflığın yaradılmasına nail olmaq istəyir: "Artıq mal-materialın alınmasında olan nöqsanların, pozuntuların kökünü kəsmişik. Yol ayrıcını 29 min manata alıb, 56 min manata rəsmiləşdirirdilər. Bunun kökünü kəsmək üçün nəzarəti sərtləşdirmişik. Tender proseduru keçirilmədən bir dənə də olsun kənardan mal-material gətirilə bilməz".

Qaynarinfo.Az xəbər verir ki, tanınmış iqtisadçı-ekspert Natiq Cəfərli Cavid Qurbanovun açıqlamasına münasibət bildirib. 

İqtisadçının sözlərinə görə, Cavid Qurbanovun fikirləri çox ciddi bəyanatdır:"Hüquq-mühafizə orqanları bu sözlərdən sonra araşdırma, cinayət işi başlamalıdırlar. Əgər bu baş verməsə, deməli bu ölkədə korrupsiya və büdcə oğurluğunun adi hal olduğu bir daha təsdiqini tapacaq". 

Xatırladaq ki, Cavid Qurbanov 2015-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə  "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakı metrosunda cibgirlik edən saxlanıldı
18:39 07.03.2026
Bakı metrosunda cibgirlik edən saxlanıldı
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
18:20 07.03.2026
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
18:12 07.03.2026
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
17:53 07.03.2026
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
17:47 07.03.2026
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
17:43 07.03.2026
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Ceyhun Bayramov TDT Baş katibi ilə İranın dron hücumlarını müzakirə edib
17:21 07.03.2026
Ceyhun Bayramov TDT Baş katibi ilə İranın dron hücumlarını müzakirə edib
Bayram Beqay Prezident İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb
16:54 07.03.2026
Bayram Beqay Prezident İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb
XİN Yaxın Şərqdən təxliyə ilə bağlı məlumat yayıb
16:41 07.03.2026
XİN Yaxın Şərqdən təxliyə ilə bağlı məlumat yayıb
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
16:37 07.03.2026
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
200-dən çox vətəndaşımız Ciddədən təxliyə edildi
16:21 07.03.2026
200-dən çox vətəndaşımız Ciddədən təxliyə edildi
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
15:56 07.03.2026
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
İrandan Azərbaycan sərhədi ilə indiyədək 1797 nəfər təxliyə edilib
15:48 07.03.2026
İrandan Azərbaycan sərhədi ilə indiyədək 1797 nəfər təxliyə edilib
Trampdan İranla bağlı şok açıqlama: Bu gecə onlar…
15:31 07.03.2026
Trampdan İranla bağlı şok açıqlama: Bu gecə onlar…
Avstriyanın səfiri və daha dörd diplomatı İrandan Azərbaycana təxliyə edildi
15:21 07.03.2026
Avstriyanın səfiri və daha dörd diplomatı İrandan Azərbaycana təxliyə edildi
Könül Kərimovanın evi saxta sənədlə başqasına satıldı
15:05 07.03.2026
Könül Kərimovanın evi saxta sənədlə başqasına satıldı