Cavid Qurbanovdan sonra sıra ondadır? - Cahangir Əsgərovun AZAL macərası bitir

Cavid Qurbanovdan sonra sıra ondadır? - Cahangir Əsgərovun AZAL macərası bitir
SİYASƏT
15:17 25.05.2022
2309
Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Cavid Qurbanovun "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Digər sərəncamla Cavid Qurbanov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib. 

Mətbuatda yer alan məlumata görə, sonrakı mərhələdə "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyinə veriləcəyi gözlənilir. Quruma nəzarət isə Cavid Qurbanovda qalacaq. Bundan başqa "Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) də ləğv edilərək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyinə veriləcəyi iddia olunur. AZAL prezidenti Cahangir Əsgərovun da vəzifəsindən azad ediləcəyi gözlənilir. 

Bundan öncə "Azərbaycan Hava Yolları” QSC (AZAL) 2020-ci il üzrə maliyyə hesabatını açıqlamışdı. QSC-nin 76 milyonluq ziyanla işlədiyi ortaya çıxıb. 2019-cu ildə şirkət 78,7 milyon manat xalis zərər açıqlamışdı. Xalis zərər 3% azalaraq 76,4 milyon manat olub. AZAL-ın yığılmış ümumi zərəri isə 1,7 milyard manata çatıb.

2020-ci ildə aviaşirkətin daşımalar üzrə və digər gəlirləri 335,2 milyon manat, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar hökumətdən aldığı subsidiyalar 232,8 milyon manat, əməliyyat xərcləri 540,2 milyon, maliyyə xərcləri 83,9 milyon manat, xarici valyuta mübadiləsindən zərəri 9,4 milyon manat, mənfəət vergisi ödəmələri isə 10,2 milyon manata bərabər olub.

Qeyd edək ki, AZAL-ın fəaliyyəti dəfələrlə tənqid olunsa da, bu istiqamətdə elə bir irəliləyişə nail olunmayıb. Hətta ölkə başçısı öz çıxışında QSC-nin fəaliyyətini tənqid edərək bildirmişdi ki, AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıb.

Bütün zərərlər və nəticələrlə AZAL-ın fəaliyyəti ilə bağlı yoxlamalara başlanılsa, burada QSC-nin uğurlu nəticələrindən danışmaq çətindir. Bəs, görəsən, ziyanla işləyən AZAL-da təkminləşdirilmə işləri aparılacaq? Ümumiyyətlə AZAL-ın fəaliyyəti başqa bir nazirliyə tabe ola bilərmi? 

Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlama verən iqtisadçı ekspert Rəşad Həsənov deyib ki, AZAL-da ciddi struktur dəyişikliyinə ehtiyac var:

"AZAL-ın fəaliyyətinin şəffaflaşdırılması və sağlamlaşdırılmasına ciddi ehtiyac var. Azərbaycanda hava nəqliyyatı infrastrukturunun idarə edilməsinin təkmilləşdirilməsinə ehtiyac duyulur. Bu istiqamətdə təhlillər aparılır. Hesab edirəm ki, AZAL-ın bu qədər resurslarla zərərlə işləməsi və dövlətdən dotasiya alması onun fəaliyyətində mövcud olan nöqsanlardan, korrupsiyadan və resursların qeyri-səmərəli istifadəsindən qaynaqlanır. Hava nəqliyyatı infrastrukturunu idarə edən zaman burada maraqlar konfilikti yaranır. Bu zaman digər hava yolu şirkətlərinin bazara girməsinə problem yaranır və maraqlar konfilikti burada ciddi təzadla üzləşir. AZAL İnvestisiya Holdinqinin strukturuna daxil edilmiş bir qurumdur. İnvestisiya Holdinqinin də bununla bağlı təklifləri ortaya çıxmalıdır. Modellərdən biri də Azərbaycan hava yolları nəqliyyat infrasturukturunun idarə edilməsinin özəl peşəkar şirkətlərə verilməsidir ki, bu təcrübədən çox istifadə olunur. Qonşu Gürcüstan, Qazaxıstan da son illər bu təcrübəyə keçməklə uğur qazanıb. Mən fikirləşirəm ki, böyük ehtimalla struktur dəyişiklikləri edilə bilər. Amma nə vaxt baş verəcəyini demək çox çətindir”.
 
Ayşən Mirzəyeva
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
16:45 08.11.2026
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
16:40 08.11.2026
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
16:34 08.11.2026
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
Türkiyə Ağdamda yeni məktəb inşa edir
16:30 08.11.2026
Türkiyə Ağdamda yeni məktəb inşa edir
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
16:22 08.11.2026
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib