Bakı-Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisində olan hissəsi təmirə bağlansa da, ərazidə heç bir iş görülmür.
AZXEBER.COM xəbər verir ki, sözügedən yolda artıq aylardır ki, asfalt örtüyünün yenilənməsi ilə bağlı davam edən təmir-bərpa işləri hələ də yekunlaşmayıb. Bununla yanaşı ərazidə demək olar ki, heç bir iş aparılmır.
Məsələ ilə bağlı “Azeryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyevlə əlaqə saxlasaq da, mətbuat katibi telefonlarımıza cavab verməyib.

