Bakının Nərimanov rayonu A.Neymətulla küçəsində yol çöküb.
AZXEBER.COM Bizimyol.info-ya istinadən xəbər verir ki, 3 gündür çökən bu yolla demək olar ki, heç kim maraqlanmır. Yolun ortasında yaranmış bu çuxurun qarşısına heç bir xəbərdaredici nişanı da qoyulmayıb. Yaxınlıqda olan sakinlər bildirir ki, həmin yer 6 ay əvvəl yenə çöküb.





