Cavid Qurbanovun yeyib-dağıtdığı, indiki ‘Azeryolservis’ şefinin unutduğu yoldan – FOTOREPORTAJ

Cavid Qurbanovun yeyib-dağıtdığı, indiki ‘Azeryolservis’ şefinin unutduğu yoldan –  FOTOREPORTAJ
Bütün Xəbərlər
13:38 17.11.2015
3734

Binəqədi sakinlərinin qismətində Xaləddin İsgəndərov kimi bir başçı, bir də müharibədən sonrakı xarabalığı xatırladan belə bir yolu var.

Hələ Cavid Qurbanovun “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri olan dövürdən bərbad vəziyyətə salınan yol qış aylarında dağ kəndlərinin yolundan heç də fərqlənmir. Yeganə fərq buranın Bakının Binəqədi rayonu olması, oranın isə ucqar dağ kəndi olmasıdır.

AZXEBER.COM-un əraziyə baş çəkən müxbirinin sözlərinə görə, palçıq və yolsuzluq şəraiti DSK adlanan ərazidə bir neçə dəfə yolun təmiri üçün işlər görülsə də, sonra təmir işləri tamamilə dayandırılıb:

“Qazırlar, daş tökürlər, amma bir müddət sonra yenə eyni vəziyyətdə olur. Bizə söz verilmişdi ki, ötən avqust ayında hər şəraiti ilə yol hazır olacaq. Noyabr bu gün-sabah qapını döyəcək, hanı yol? Təsəvvür edin ki, bir dəfə qazdılar, daş tökdülər. Sonra isə məlum oldu ki, bəzi xətlər çəkilmədiyi üçün işlər yenidən görülməlidir. Belə məsuliyyətsizlik olar?”

Daş bazarı adlanan ərazidə yaşayan sakinlərin sözlərinə görə, yol yük avtomobillərinin, TIR-ların əsas istiqamət xətdində yerləşdiyi üçün yolun bundan öncəki durumu da ürəkaçıcı deyildi. Amma bu günlə müqayisədə insanlar evlərindən işlərinə gedərkən palçığa, suya bulaşmadan gedib-gələ bilirdilər.

Sakinlərin sözlərinə görə, daha sonralar bu yol Cavid Qurbanovun əsas “pul yuma” obyektlərindən birinə çevrilib. Belə ki, yolun təmirindən qısa müddət keçməmiş yenə yolu sökməyə başlayıblar. Buna səbəb konalizasiya və qaz xətlərinin yenilənməsi olub:

“Dövlət başçısı rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər üçün vəsait ayırsa da, bunun Binəqədi-Biləcəri yoluna heç bir aidiyyatı olmayıb. Çünki buradakı sakinlərin şikayətləri heç bir zaman məmurların masasına çatmır. Və ya çatan məktublar kağız parçasından başqa bir məna kəsb etmir. Yolu tikməzdən öncə ilk növbədə bütün xətləri yeniləyərlər. Ən sonda asphalt örtüyünü çəkib işi bitirərlər. Bunlar iki dəfə təmir edib yolu sökdülər. Cavid Qurbanov işdən gedəndən sonra ümumiyyətlə bura unuduldu. Heç olmasa o arada bura baş çəkir, bura ayrılan pulları cibinə qoyurdu. İndiki Azeryolservis şefinin ağlına da gəlmir ki, Bakıda belə bir yol da var”.

Fotokameralarımızın lentə aldığı bərbad vəziyyətdə olan yolun fotolarını təqdim edirik:

OXŞAR XƏBƏRLƏR