Cavid Qurbanovun Ziya Bünyadov prospektində çəkdirtdiyi yol dağılır – FOTOLAR

Cavid Qurbanovun Ziya Bünyadov prospektində çəkdirtdiyi yol dağılır – FOTOLAR
Bütün Xəbərlər
13:42 22.10.2014
1848

Bakının Ziya Bünyadov prospektinin(keçmiş Karl Marks) Azadlıq prospekti ilə kəsişməsində olan dairənin asfalt örtüyü tamamilə sıradan çıxıb.

Bu barədə AZXEBER.COM-a Bakı şəhər sakini Rəşad Ağayev adlı oxucumuz məlumat verib. Onun sözlərinə görə, sözügedən dairədə asfalt örtüyünün sıradan çıxması çuxurların əmələ gəlməsinə səbəb olub və bu avtomobillərin hərəkətinə maneə yaradır. Şəhərə yağış yağdığı zaman isə bu çuxura görə yolda suni tıxaclar da meyadana gəlir.

Şəhər sakininin sözlərinə görə, o bu barədə “Azeryolservis” ASC-nin qaynar xəttinə zəng vuraraq məlumat verib. Amma qurumdan ona çox maraqlı cavab verilib. Belə ki, qurum sözcüsü ona bu yolun təmirinin "podratçı" şirkətin üzərində olduğunu və onların bu yola görə heç bir məsuliyyət daşımadıqlarını deyib:

“Məlumat verdim ki qoy gəlib bu çuxurların üstünü asfaltla örtsünlər. Ancaq onların mənə qeyri-adi cavabları oldu. Sən demə “Azeryolservis” bu yolun təmir və bərpasını tenderlə "podratçı" şirkətə verib. Bu şirkət isə bu yolu təmir etmək istəsə edəcək, istəməsə bu yoldakı çuxurlar bu cür də qalacaq. Mən də onlara “Azeryolservis”in ölkənin bütün irili-xırdalı yollarının təmir-bərpasına cavabdeh olduğunu və əslində təmir-bərpa işlərinin onların səlahiyyətləri daxilində olduğunu xatırlatdım”.

Məsələ ilə bağlı “Azeryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevlə əlaqə saxlamağa çalışsaq da bu istəyimiz baş tutmadı.

Yoldan çəkilən fotoları təqdim edirik:

OXŞAR XƏBƏRLƏR