Cavid Zeynalov Ankarada səfərdədir - FOTOLAR

Cavid Zeynalov Ankarada səfərdədir - FOTOLAR
SOSİAL
11:58 23.02.2022
520
Türkiyədə işgüzar səfərdə olan Avropa Barış Hərəkatının rəhbəri Cavid Zeynalov Ankaradadır.

AZXEBER.COM xəbər verir ki, fevralın 22-də Ankara şəhərində Türkiyə Gənclər Birliyinin (TGB) Ankara şöbəsində görüş keçirib. 

TGB Ankara şöbəsinin rəhbəri Kayahan Çetin ilə görüşən Cavid Zeynalov Türkiyə-Azərbaycan münasibətləri və iki ölkə gənclərinin əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıb.

Xocalı soyqırımının dünyada tanınması üçün Türkiyəyə və Azərbaycan QHT-lərinin mümkün fəaliyyətini müzakirə edilib.

Tədbirdə Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov da iştirak edib. 

O da öz növbəsində Azərbaycan - Türkiyə münasibətləri haqda danışıb.

Şahidov deyib ki, 2 qardaş ölkənin gəncləri beynəlxalq aləmdə də bir olmalı və haqq səsimizi dünyaya çatdırmalıdır.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR