CBC Sport-un şərhçisi: "Bu soxa-soxda nə möcüzə icad eliyim?" - VİDEO

CBC Sport-un şərhçisi: "Bu soxa-soxda nə möcüzə icad eliyim?" - VİDEO
İDMAN
14:53 19.02.2020
7783

Xəbər verdiyimiz kimi, dünən Çempionlar Liqası çərçivəsində "Atletiko Madrid" - "Liverpul" matçı baş tutub.

AzxeberSport xəbər verir ki, 1:0 hesabı ilə bitən oyun CBC Sport telekanalı ilə canlı yayımlanıb.

Telekanalın şərhçisi Elnur Məmmədli matç bitən kimi maraqlı fikir səsləndirib:"Əgər Jürgen Klopp Əliağa Vahidi tanısa idi, bu şeiri yadına düşərdi:

"Tutalım dövrümüzün həzrəti İsası mənəm,
Bu soxa-soxda nə möcüzə icad eliyim?!".

Şərhçinin bu sözləri sosial şəbəkələrdə də böyük maraqla qarşılanıb.

OXŞAR XƏBƏRLƏR