Xəbər verdiyimiz kimi, dünən Çempionlar Liqası çərçivəsində "Atletiko Madrid" - "Liverpul" matçı baş tutub.
AzxeberSport xəbər verir ki, 1:0 hesabı ilə bitən oyun CBC Sport telekanalı ilə canlı yayımlanıb.
Telekanalın şərhçisi Elnur Məmmədli matç bitən kimi maraqlı fikir səsləndirib:"Əgər Jürgen Klopp Əliağa Vahidi tanısa idi, bu şeiri yadına düşərdi:
"Tutalım dövrümüzün həzrəti İsası mənəm,
Bu soxa-soxda nə möcüzə icad eliyim?!".
Şərhçinin bu sözləri sosial şəbəkələrdə də böyük maraqla qarşılanıb.