“CBC Sport”un rəhbəri boşandığı qadınla təkrar evlənir - Toy səfirlikdə olacaq

“CBC Sport”un rəhbəri boşandığı qadınla təkrar evlənir - Toy səfirlikdə olacaq
SOSİAL
13:05 23.09.2017
3118

Bu gün "CBC Sport” kanalının baş direktoru Volkan Üstünün toyudur.

Volkan Üst keçmiş xanımı, türkiyəli aparıcı Özge Uzunla rəsmi nikaha girəcək. Nikah mərasimi Türkiyənin Azərbaycandakı səfirliyində keçiriləcək. Bundan sonra elə səfirliyin həyətində, açıq havada ziyafət təşkil ediləcək. 

Qeyd edək ki, Türkiyə vətəndaşları olan Volkan Üst və Özge Uzun 10 il evli olublar və sonra ayrılıblar. Qısa müddət sonra isə onlar yenidən birlikdə olmaq qərarına gəliblər. Volkat Üst ikinci evlilik təklifini Özge Uzuna Türkiyə kanallarında birinin canlı efirində qonaq olarkən edib və müsbət cavab alıb.

///Qol.az
OXŞAR XƏBƏRLƏR