Cəbhə bölgəsində partlayış, 3 yaralı

Cəbhə bölgəsində partlayış, 3 yaralı
Bütün Xəbərlər
12:42 14.07.2015
1067
Bakıdan istirahətə gedən uşaqlar xəstəxanalıq oldu. 
Tovuz rayonunun cəbhə xəttinə yaxın yerləşən Əlibəyli kəndində partlamamış mərpi fəlakətə səbəb olub.
Tovuz Rayon Polis Şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Bunlar Bakı şəhər Nərimanov rayon sakini 2007-ci il təvəllüdlü Xanbabayev Tuncay Rövşən oğlu, onun bacısı 2003-cü il təvəllüdlü Xanbabayeva Nərmin və qohumları 1971-ci il təvəllüdlü Əlibəyli kənd sakini Əliyeva Dürdanədir.
Partlayış Xanbabayev İslam Salman oğluna məxsus evdə axşam saatlarında baş verib.
Yaralılar dərhal Tovuz mərkəzi rayon xəstəxanasına çatdırılıblar.
Xatırladaq ki, Əlibəyli kəndi təmas xəttinə ən yaxın olan kəndlərdən biridir. Ermənilər müntəzəm olaraq adıçəkilən istiqamətdə atəşkəs rejimini pozur, mülki vətəndaşları, evləri atəşə məruz qoyurlar.
OXŞAR XƏBƏRLƏR