Cəbhə xəttində keçirilən monitorinq insidentsiz başa çatdı

SİYASƏT
20:00 05.03.2014
983
ATƏT-in bu gün cəbhənin Qazax rayonunun Kəmərli kəndinin yaxınlığında yerləşən qoşunların təmas xəttində keçirdiyi monitorinq insidentsiz başa çatıb.
Bu barədə AZXEBER.COM-a məlumatı Müdafiə Nazirliyinin mətbuat xidmətindən veriblər.
Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Piter Svedberq, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və şəxsi köməkçisi Uilyam Prayor keçiriblər.

OXŞAR XƏBƏRLƏR