Bu gecə Azərbaycan və Ermənistan qoşunlarının Azərbaycanın işğal altında olan ərazilərindəki təmas xəttində gərginlik davam edir. 1News.az saytının məlumatına görə, Ermənistan ordusunun hissələri Ağdam rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini güclü atəşə məruz qoyublar. Təxminən iki saat əvvəl Azərbaycan Ordusu cavab atəşi ilə düşməni susdurmağa nail olub.