Cəbhənin Füzuli istiqamətində hücum edən Ermənistan Silahlı Qüvvələri itki verərək geri çəkilib. Atışma zamanı Ermənistan Silahlı Qüvvələrinin 2 hərbçisinin həlak olduğu, bir neçə nəfərin yaralandığı xəbər verilir. Atışma zamanı Milli Ordumuzun 1 əsgəri yaralanıb.ANS TV-nin bölgə müxbirinin verdiyi məlumata görə, yaralanan əsgər 1993-cü il təvəllüdlü İlkin Kamal oğlu Mehdiyevdir. O, dərhal ərazidəki hərbi qospitala çatdırılıb. Əsgərə ilk tibbi yardım göstərilib və hal-hazırda vəziyyəti qənaətbəxşdir.