Cəbhədə erməni “Krunk”u vuruldu

Cəbhədə erməni “Krunk”u vuruldu
Bütün Xəbərlər
17:39 15.09.2015
1216
MN məlumat yaydı.
Ermənistan Silahlı Qüvvələrinin növbəti pilotsuz uçan aparatı məhv edilib.
Bu barədə AZXEBER.COM-a Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.
Məlumata görə, cəbhənin Ağdam rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus ilkin ehtimala görə "Krunk-25" tipli taktiki pilotsuz uçan aparatı (PUA) Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə bölmələri tərəfindən aşkar olunaraq atəş nəticəsində məhv edilib.
OXŞAR XƏBƏRLƏR