Cəbhədə vəziyyət gərginləşdi: Düşmən xeyli sayda itki verdi

Cəbhədə vəziyyət gərginləşdi: Düşmən xeyli sayda itki verdi
Bütün Xəbərlər
14:25 10.10.2015
1522

Ordumuzun bir hərbi qulluqçusu yaralanıb.

Oktyabrın 9-da axşam saatlarında qoşunların təmas xəttində düşmənlə döyüş toqquşması zamanı Silahlı Qüvvələrimizin bölmələrinin qarşı tərəfə vurduğu zərbələr nəticəsində düşmənin 6 nəfərədək hərbi qulluqçusu məhv edilib, çoxlu sayda yaralısı var.

AZXEBER.COM-un xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Azərbaycan ordusunun bir hərbi qulluqçusu yaralanıb. “Silahlı Qüvvələrimizin bölmələri bütün cəbhəboyu əməliyyat şəraitinə tam nəzarət edir”, - deyə açıqlamada bildirilir.

OXŞAR XƏBƏRLƏR