Cəbhədə vəziyyət yenə də gərgindir

Cəbhədə vəziyyət yenə də gərgindir
Bütün Xəbərlər
11:53 10.08.2012
1820

Ermənistan silahlıları 9 istiqamətdə atəşkəsi pozublar.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyenberyan rayonunun Berdavan kəndində; işğal olunmuş Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Aşağı Seyidəhmədli, Horadiz və Qorqan; Ağdam rayonunun Şıxlar; Cəbrayıl rayonunun Mehdili; Xocavəd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.

Düşmən cavab atəşi ilə susdurulub.

OXŞAR XƏBƏRLƏR