Cəbhədəki gərginliklə bağlı BMT-nin baş katibinə müraciət olundu

MAQAZİN
15:52 09.06.2012
2295
Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyi qurumun baş katibinə Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən son hadisələrlə bağlı müraciət edibAPA-nın xəbərinə görə, bu barədə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Fikrət Akçura bildirib. “Lakin biz Nyu-Yorkda bununla bağlı hansı müzakirələrin aparıldığını bilmirik”, - deyə o vurğulayıb. F.Akçura özü də cəbhə xəttində baş verən son insidentə münasibət bildirib: “Heç kim istəməz ki, gənc insanlar ölsün. 20 ildir davam edən problemin acı nəticələri, sadəcə, gənclərin qoşunların təmas xəttində ölməsi deyil, eyni zamanda qaçqın və köçkünlər də 20 ildir bunun əziyyətini çəkirlər. Biz BMT olaraq istəyirik ki, BMT Təhlükəsizlik Şurasının qərarlarına əməl olunsun. İnşallah, bu il içərisində həm ATƏT-in Minsk Qrupu, həm də BMT-nin səyləri münaqişənin həllinə təkan verəcək”.

OXŞAR XƏBƏRLƏR