Cəlilabadda 4 yaşlı uşaq tapıldı- FOTO

Cəlilabadda 4 yaşlı uşaq tapıldı-  FOTO
Bütün Xəbərlər
14:28 06.05.2014
1258
Rayonda tapılan uşağın harada yaşadığı araşdırılır
Cəlilabad rayonunda 4 yaşlı uşaq tapılıb. ANS PRESS-in məlumatına görə, Məhəmməd adlı uşaq küçədə tənha gəzərkən sakinlərin diqqətini cəlb edib. Məlum olub ki, uşaq yaşadığı evi tanımır. Sakinlər təcili yardıma müraciət ediblər.
Təcili yardım əməkdaşları uşağı yaxın əraizdə gəzdirsələr də, hələlik balaca Məhəmmdəd yaşadıqları evi tanıya bilmir. Məhəmməd atasının Mübariz adlı şəxs və ondan yaşca kiçik Fatimə adlı bacısının olduğunu deyib.
Məsələ ilə bağlı Cəlilabad rayon polis şöbəsinə də bildirilib. Hazırda uşağın harada yaşadığı araşdırılır.
OXŞAR XƏBƏRLƏR