Cəlilabadda avtomobil 4 yaşlı uşağı vuraraq öldürdü

Cəlilabadda avtomobil 4 yaşlı uşağı vuraraq öldürdü
SOSİAL
12:11 21.06.2021
322
Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi olub.

Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 19-da saat 18 radələrində Cəlilabad rayonunun Alqasımlı kəndi ərazisində Üçtəpə kənd sakini İ.İsayev idarə etdiyi "Mercedes” markalı avtomobillə yola çıxan kənd sakini, 4 yaşlı uşağı vurub. Nəticədə uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR