Cəlilabadda avtomobil uşağı vurdu

Cəlilabadda avtomobil uşağı vurdu
SOSİAL
00:17 20.07.2026
742
Cəlilabad rayonunda 8 yaşlı uşağın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM Lent.az-a istinadən xəbər verir ki, qəza Ələt-Astara magistral yolunun rayonun Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan minik avtomobili 2018-ci il təvəllüdlü S.Mustafayevi vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan azyaşlı dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR