Cəlilabadda avtomobil yanaraq kül olub

Cəlilabadda avtomobil yanaraq kül olub
HADİSƏ
21:51 03.08.2025
234
Cəlilabad rayonunda minik avtomobili yanıb. 

AZXEBER.COM xəbər verir ki, hadisə rayonun Maşlıq kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Ağayev Zaur Gülağa oğluna məxsus "VAZ 2106" markalı avtomobili qəfildən alışıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunsa da, avtomobil tamamilə yanıb.

Faktla bağlı araşdırma aparılır. 
OXŞAR XƏBƏRLƏR