Cəlilabadda bir ailənin faciəsi - FOTO

Cəlilabadda bir ailənin faciəsi - FOTO
Bütün Xəbərlər
12:28 19.05.2014
948
Üç övladdan ikisi yaralanıb, biri isə ölüb.
Cəlilabadda ailə faciəsi baş verib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə mayın 18-də günorta saatlarında rayonun Uzuntəpə kəndində qeydə alınıb.
Kənd sakini Əliqismət Əsədova məxsus evin həyətindəki ərazidə olan su quyusunda onun üç oğlu təmir işi aparan zaman elə quyunun içindəcə huşlarını itiriblər.
Qonşuların və ev sakinlərinin səyi ilə Fərrux və Rasim Əsədovlar quyudan huşsuz vəziyyətdə çıxarılıblar. Onlar Cəlilabad Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə çatdırılıblar. Xəstəxanadan bildirilib ki, Əsədovların vəziyyəti hələlik ağır qiymətləndirilir.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Xiasedicilər 1986-cı il təvəllüdlü Bayram Əliqismət oğlu Əsədovun meyitini quyudan çıxarıblar.
Məlumata görə, quyudakı su nasosu işlək vəziyyətdə olarkən qardaşlar orda təmir işləri apararaq, quyunu dərinləşdirmək istəyiblər. İlkin ehtimala görə, su nasosundan ayrılan dəm qazı qardaşların zəhərlənməsinə səbəb olub. Hadisənin dəqiq səbəbi ekspertizanın rəyindən sonra bəlli olacaq.
Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR