Cəlilabadda icra başçısının adamları müəllimlərə təzyiq edir – TƏFƏRRÜAT

Cəlilabadda icra başçısının adamları müəllimlərə təzyiq edir –  TƏFƏRRÜAT
Bütün Xəbərlər
14:03 13.11.2015
1553

Cəlilabad sakini Bilal Alarlı rayon təhsil şöbəsində baş verənlərdən yazıb. AZXEBER.COM onun "Facebook”da paylaşdığı müraciəti təqdim edir:

"Bu gün Cəlilabad təhsil şöbəsinin daha bir özbaşınalığının şahidi olduq. Təhsil şöbəsinin müdiri vəzifəsini uzunmüddətli şəkildə müvəqqəti icra edən İlham Salmanov rayonun məktəb direktorlarına göstəriş verib ki, bütün müəllimlərdən fərdi qaydada rüşvət yığılmaması haqqında izahat alınsın. Səhər tezdən məktəb direktorları mətbuatda gedən yazıların əleyhinə müəllimlərdən icbari şəkildə izahatlar toplayırlar. Maraqlıdır ki, izahatların hamısının məzmunu eynidir, yəni direktor məndən Respublika Maliyyə Nazirliyinin yoxlama komissiyası üçün rüşvət şəklində pul tələb etməyib.

Bunun qarşılığı olaraq, bu gün Cəlilabad müəllimlərinin hər birinin ödəniş kartına müəyyən məbləğdə avans olaraq əmək haqqının bir qismi köçürülmüşdür.

Xatırladıram ki, Cəlilabad təhsil şöbəsi noyabr ayının bitməsinə az qalmasına baxmayaraq, hələ də müəllimlərin dərs yükünün taarifləşdirilməsi işini başa çatdırmayıb. Buna görə də, sentyabr ayı da daxil olmaqla, üç aydır ki, Cəlilabad müəllimlərinin əmək haqqı ödənilmir. Cəlilabad təhsil sistemindəki rüşvət faktı ilə bağlı mətbuatda gedən yazılara cavab olaraq, icbari şəkildə yazdırılan izahatlar iki məqsəd güdür: həm şikayətçi müəllimlərin gözünün tovunu almaq, həm də rüşvət faktını yalana çıxarmaq!

Maliyyə Nazirliyi yoxlama komissiyasının Cəlilabad rayonunda rüşvət toplaması faktına Respublikanın hüquq-mühafizə orqanları, o cümlədən Təhsil Nazirliyi, Korrupsiyaya və Rüşvətə Qarşı Mübarizə İdarəsi göz yumduğuna görə, burada biabırçılıqlar davam edir. Cəlilabad rayon təhsil şöbəsi, yoxlama komissiyasının dörd aylıq təftişi qarşısında dizini yerə atıb”.

OXŞAR XƏBƏRLƏR