Cəlilabadda 46 yaşlı kişi bıçaqlanıb, bacısı şübhəli bilinir.
AZXEBER.COM xəbər verir ki, hadisə rayonun Adnalı kəndində baş verib.
Kənd sakini 43 yaşlı Şəfəq Əsgərova ailədaxili mübahisə zəminində qardaşı 46 yaşlı Nurəddin Əsgərovu bıçaqlamaqda şübhəli bilinir.
Yaxınlarının bildirdiklərinə görə, tərəflər arasında mülk üstündə mübahisə baş verib. Bu zaman digər qardaşı Nurəddini tutub saxlamağa, sakitləşdirməyə çalışıb. Elə bu vaxt Şəfəq əlindəki bıçaqla Nurəddinə zərbə endirib. Nəticədə Nurəddin Əsgərov iki bıçaq xəsarəti alaraq Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, 1979-cu il təvəllüdlü Nurəddin Əsgərova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.
Məlumata görə, bacı ilə qardaş arasında mülk davası illərdir davam edirmiş və tez-tez mübahisələrə səbəb olurmuş. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Ətraflı "Xəzər Xəbər”in süjetində: